SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər" - Ramiz Mehdiyev

"Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər" - Ramiz Mehdiyev

Tarix:

10-09-2020, 12:11

/ 1 501 dəfə oxundu.
"Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər" - Ramiz Mehdiyev

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı «Təzadlar»a açıqlama verib.

AMEA rəhbəri ona qarşı aparılan qarayaxmalardan danışıb:

"Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün".

Şərhlər

XƏBƏR LENTİ