XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakı Nəqliyyat Agentliyində kreslo savaşı – Elçin Mustafayev “arzu”suna çatacaqmı?

Bakı Nəqliyyat Agentliyində kreslo savaşı – Elçin Mustafayev “arzu”suna çatacaqmı?

Bakı Nəqliyyat Agentliyində kreslo savaşı – Elçin Mustafayev “arzu”suna çatacaqmı?
8-09-2020, 12:12

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlinin vəzifəsindən çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.

Qlobal.az-a daxil olan məlumatda iddia edilir ki, Vüsal Kərimlinin yerinə müavini Elçin Mustafayev təyin ediləcək. Son günlər sosial şəbəkələrdə və mətbuatda BNA-a sədrinə qarşı aparılan tənqidi kampaniyanın sədr müavini Elçin Mustafayevin ürəyindən olduğu deyilir.

Son bir ildə paytaxt sakinlərinin ən çox şikayət etdiyi qurum Bakı Nəqliyyat Agnetliyidir. Məhz buna görədə hökümətin qurumun rəhbərliyində dəyişiklik etmək istədiyi və BNA-nın bəzi səlahiyyətlərini ləvğ ediləcəyi bildirilir.

Bildirək ki, uzun illərdir Vüsal Kərimlinin yerinə təyin ediləcəyi xəyalı ilə yaşayan Elçin Mustafayevin arzusuna çatmaq ehtimalı yüksəkdir. Çünki son aylar Elçin Mustafayevin yüksək səlahiyyətlərə sahib olan nazirə xod taparaq onun komandasında yer aldığı deyilir. Bu isə Elçin Mustafayevin BNA sədri olması üçün böyük bir dəstəkdir.

Qarşı tərəf mövqe sərgiləyə bilər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.