BNA rəhbəri Vüsal Kərimlidə koronavirus aşkarlandı - Türkiyədə AŞKARLAYIBLAR
Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumatda bildirilir ki, pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb. İdarə Heyətinin sədri və digər əməkdaş karantinə alınıb. Zəruri müayinə və müalicə tədbirləri görülür. Vüsal Kərimlinin və əməkdaşımızın səhəti stabildir, hər hansı bir narahatlıq müşahidə olunmur.
Yeni avtobusların alınmasının şəhərimiz üçün mühüm əhəmiyyəti nəzərə alınaraq səfər təxirə salınmayıb. Test nəticələri neqativ olan əməkdaşlarımız hazırda qardaş ölkədə səfərdədilər.
Məlumat üçün bildiririk ki, Türkiyənin BMC şirkətinin istehsalı olan 115 ədəd avtobusun çatdırılması prosesinə bu ilin oktyabrında başlanılacaq və noyabradək yekunlaşdırılması nəzərdə tutulub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək