SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Gərginlik içində yaşayanı virus da tutur, depressiya da, qarın ağrısı da…"

"Gərginlik içində yaşayanı virus da tutur, depressiya da, qarın ağrısı da…"

Tarix:

2-09-2020, 16:36

/ 1 193 dəfə oxundu.
"Gərginlik içində yaşayanı virus da tutur, depressiya da, qarın ağrısı da…"

Biz hamımız ümumiyətlə pozitivlik üçün, bayram abu-havası, qayğısızlıq, problemsiz həyat üçün darıxmışıq.

Hətta toylar üçün, əl-qol atıb rəqs etmək üçün darıxmışıq, sadəcə dəvət edənimiz yoxdur.

İnsan uzun müddət stress, qeyriməyyənlik və maddi çətinliklər şəraitində yaşaya bilməz, alın bunu nəzərə, hörmətli Qərargahçılar.

Biz məsuliyətli olaq, uzun müddət virusla yanbayan yaşamağımızı qəbul edək, amma siz də bizim üzərimizdə eksperimentlər aparanlara, pandemiyanı gəlir mənbəyinə çevirənlərə, məntiqsiz qərarları və mənasız qadağaları təklif edənlərə dur deyin.

Nəyə görə heç bir ölkədə tədbiq edilməyənlər bizdə tədbiq edilir?

Nəyimiz düz deyil? Nələri artığdır bizdən? Bu sahədə heç bir təcrübəsi olmayan gənc qurumların günahının, onların yanlış tövsiyələrinin acı nəticələrinin məsuliyətini bizmi daşımalıyıq?

Ölkəmizdə ÜST-ün heqemoniyasına son qoyulmalıdır.

Hər gün bu təşkilat fərqli bəyanatlarla çıxış edir, özü özünü təkzib edir, səsləndirdiyi ziddiyatlı fikirləri ilə çaşqınlıq yaradır, gah vahiməlik yayır, gah sözlərini təhrif edir, dünən İsveçi lənətləyib, bu gün alğışlayır, görmürükmi bunu?

Təşkilat getdikcə fiaskoya uğrayır, öz yalanında çabalayır, nüfuzunu, hörmətini, sözlərinə etibarlığını itirməyə başlayır.

Və gec-tez ÜST bəşəriyət qarşısında cavab verməli olacaq, necə ki, TƏBİB bizim qarşımızda. Hər halda, mən buna inanmaq istəyirəm.

Ölkələr artıq ÜST-ün tövsiyələrinə ehtiyatla yanaşırlar, öz ölkələrinin, öz xalqlarının gələcəyini üstün tuturlar, anlayırlar ki, dövlətə kovidsiz, lakin ac adam lazım deyil.

Başa düşürlər ki, stress və gərginlik içində yaşayanı virus da tutur, depressiya da, qarın ağrısı da.

Dərk edirlər ki, işsiz oturan ata-ananı virus deyil, balasının incikli baxışları daha çox sarsıdır.

Biz isə pul qazanmaq imkanlarını artırmaq əvəzinə, yeni monopolistlər yetişdirənləri, yeni məhdudiyətlər, yeni qadağalar yaradanları, axşam evinə 5-10 qəpik pul gətirənlərə əngəl törədənləri, bu vurhavurda öz korporativ marağlarını üstün tutanları, tamahlarına sahib çıxa bilməyənlərı dayandırmırıq.

Bilirəm, eyni şeyi hər dəfə təkrarlayırıq, amma təkrarlamalıyıq.

Təkrarlamalıyıq ki, dediklərimizi, duyğularımızı, narahtçılığımızı, düşünülməmiş addımlara qarşı olan ictimai qınağımızı nəzərə alasınız.

Eşıdin bizi, pliz, qəraq qəbul edənlər...(pravda)

Azər Qəribov

Jurnalist

Şərhlər

XƏBƏR LENTİ