XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Aslan İsmayılovdan Gömrük şefinə sərt ismarıc: "Ay baş (boş) bilənlər, sizi bu insanlar yıxacaq"

Aslan İsmayılovdan Gömrük şefinə sərt ismarıc: "Ay baş (boş) bilənlər, sizi bu insanlar yıxacaq"

Aslan İsmayılovdan Gömrük şefinə sərt ismarıc: "Ay baş (boş) bilənlər, sizi bu insanlar yıxacaq"
24-08-2020, 00:52

7NEWS.az zəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov gömrüklə bağlı son qərarı şərh edərkən bildirib: "Əvvəl Gömrük Komitəsinin mətbuat tərəfindən bər-bəzəkli təqdim olunan bəyanatını görəndə tam tərsini zənn edirdim. Düşündüm ki, indiki ağır durumda əhalinin rifahına yaxşı təsir edəcək qərar verilib. Rusiyanın keçmiş Baş Naziri Viktor Çernomırdin demiş, istədilər yaxşı edələr, ancaq həmişəki kimi alındı. Uzun müddətdir yazıram ki, orta və kiçik sahibkarlara, vətəndaşlara özlərini dolandırmaq, ayaqda qalmaq üçün güzəştləri edilməlidir. Bunlar isə tam əksini ediblər!
İndiyə qədər gömrükdən 1500 dollar (poçtla 1000 dollar) dəyərində şəxsi istehlak üçün mal gətirmək olardı. Yeni dəyişikliklə bu rəqəm müvafiq olaraq 800 və 300 dollara endirilib.
Orta, kiçik sahibkar və vətəndaş hesabına bu gün büdcə doldurmaq istəyənlər ya vəziyyəti anlamırlar, yaxud bilərəkdən daha da pisləşdirmək istəyirlər.
Ay baş(boş)bilənlər, bu günkü vəziyyətdə sizi ayaqda tutacaq, yaxud yıxacaq qüvvə məhz bu yolla narazı saldığınız insanlardır!"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.