XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » LNS şirkətindən şok endirim

LNS şirkətindən şok endirim

LNS şirkətindən şok endirim
11-08-2020, 00:19

Şirkət Azərbaycanda karantin rejimini nəzərə alaraq, böyük endirim kampaniyasına start verib. Belə ki, 4 ədəd elektronika əşyasını ucuz və müştərinin ürəyindən xəbər verəcək qiymətə təklif edi. Hər zaman müştəri məmnuniyyətini üstün tutan şirkət müstəqil təmsilçilərin, ehtimal edilən müştəriləri nəzərə alaraq gələcəkdə də yeni məhsul və xidmət növlırini satışa çıxarmağı planlaşdırır.
Eyni zamanda LNS şirkəti Covid19 epidemiyası ilə əlaqədar olaraq üzvlərinə ehtiyyatlı olmağı, sanitar gigiyeniya qaydalarına riayət etməyi, sosial məsafəni saxlamağı həmçinin müştərilərinə belə təklif edir. LNS şirkəti Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi bütün qərarlara riayət etməyi bütün təmsilçilərinə və şirkət üzvlərinə tövsiyyə edir.
Qeyd edek ki, LNS şirkəti 2010-cu ildə İtalyada təsis olunub və 2011-ci ildə Azərbaycan Respublikasında rəsmi olaraq fəaliyyətə başlayıb. LNS şirkəti elektron ticarət üzərindən Network Marketing sistemi ilə fealiyyət göstərən və Azərbaycandan start verən ilk şirkətdi. Beləki şirkət dünyanın 50-yə yaxın ölkəsində həm Azərbaycanı tanıdır həm də insanların azad şəxsi biznesini qurmaq üçün fürsət yaradır.
LNS birlikdə daha gözəl həyat üçün devizi ilə yeniliklər və kampaniyalarla müştərilərinə keyfiyyətli xidmət göstərməyə davam edir.
Şirkətin missiyası sizə ən minimum kapital qoyuluşu ilə istənilən vaxt, istənilən yerdə sizin biznesinizi formalaşdırmaqla şəbəkə marketinqi ab-havasında olan asan və anlaşıqlı sistem yaratmaqla dünyaya LNS liderlərini təqdim etməkdir.
LNS International şirkətinin məqsədi qlobal şəkildə hər kəsin yüksək gəlir, məhsul, xidmət istəklərini ən yaxşı şəkildə başa düşən və məmnunedici şəkildə təmin edən bir şirkət olmaqdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.