"Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək
"Nar" öz müştərilərinə gücləndirilmiş rejimində xidmət göstərməkdə davam edəcək...
Azərbaycanda son günlər koronavirusa yoluxmanın artmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu evdən çıxmağı qadağan etməsi ilə əlaqədar olaraq "Nar" öz müştərilərinə gücləndirilmiş rejimində xidmət göstərməkdə davam edəcək.
Şirkətdən verilən məlumata görə, abunəçilər evdən çıxmadan "Nar"ın onlayn və 24/7 rejimində fəaliyyət göstərən 777 Çağrı Mərkəzindən sorğularına operativ cavab ala bilərlər. Həmçinin mobil operator rəsmi sosial media kanalları ("Facebook", "Instagram" və "Twitter") vasitəsilə operativ şəkildə abunəçilərinə xidmət göstərməkdə davam edəcək. Bundan başqa, abunəçilər evdən çıxmadan "Nar+" tətbiqi vasitəsilə hesablarını daha asan idarə edə bilərlər. Tətbiq bir çox mühüm əməliyyatları bir neçə saniyə ərzində yerinə yetirməklə yanaşı, daxil olan sorğuları dərhal cavablandırır.
Qeyd edək ki, "Nar" öz müştərilərinin təhlükəsizliyini təmin etməyi, bütün kanalları vasitəsilə müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmət göstərməyi özünün məsuliyyəti hesab edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...