XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » LNS şirkəti Müstəqil Təmsilçilərinə xəbərdarlıq etdi!

LNS şirkəti Müstəqil Təmsilçilərinə xəbərdarlıq etdi!

LNS şirkəti Müstəqil Təmsilçilərinə xəbərdarlıq etdi!
9-09-2020, 22:22

Azərbaycanda Covid 19 virusu ilə əlaqədar olaraq karantin rejimi elan olunduqdan sonra bəzi iş yerləri müvəqqəti bağlanmışdı. Bundan istifadə edən bəzi işbazlar LNS şirkətinin biznes planına uyğun olaraq guya insanların heç bir iş görmədən pul qazanacağı sistemlər ortaya çıxarıb. İşsizlikdən əziyyət çəkən, məlumatsız vətəndaşlar isə gəlir əldə etmək məqsədilə bu sistemlərə pullar yatırmağa başlayıb. LNS şirkəti olaraq qeyd etmək istəyirik ki, ponzi və pramida sistemləri dünyada qadağan olunmuş və heç bir dövlət tərəfindən təsdiq olunmamış sistemlərdi. Şəbəkə marketingi 1947-ci ildən dünyada yayılmış marketinq sistemidir, lakin hansı bir sistemdə məhsul, xidmət, istehsal, idxal, ixrac yoxdursa deməli bu sistemlər pramida sistemləridir.
Ölkədən kütləvi şəkildə heç bir bank əməliyyatı olmadan daxili valyuta ilə pul çıxır və əvəzində məhsul, xidmət göstərilmirsə, vergi verilmirsə bu ölkə iqtisadiyyatına kütləvi ziyan vurmaq deməkdir. Ölkəmizin bu ağır günlərində pandemiya ilə mübarizə dövründə iqtisadiyyatımıza bu qaydada ziyan vurmaq vətəndaş olaraq məsuliyyətimizi xırda qazanclara dəyişməyimizdən irəli gəlir. LNS şirkəti bir daha vətəndaşları diqqətli olmağa pramida və ya ponzi sistemlərinə aldanmamağa, yalan vədlərə inanmamağa çağırır.
Əgər sizlərə hansı bir şəbəkəli biznes təklif olunarsa, ortada məhsul, alış- satış yoxdursa, qanuni qeydiyyatı olmayan bir şirkətdirsə ondan uzaq olmağı tövsiyyə edirik. Bir daha qeyd edirik, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatı olmayan bir sistemdən uzaq olmağınız məsləhətdir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.