SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səfər Mehdiyevin korrupsiya piramidası... - İTTİHAM

Səfər Mehdiyevin korrupsiya piramidası... - İTTİHAM

Tarix:

28-07-2020, 09:40

/ 1 693 dəfə oxundu.
Səfər Mehdiyevin korrupsiya piramidası... - İTTİHAM

"Yaxşı yadımdadır, Səfər Mehdiyev müşavirələrin birində dedi ki, Gömrük Komitəsində 1 manat rüşvət olsa, mən istefa verəcəm. Bu ilin iyin ayının 23-də Nərimanov parkında Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük idarəsinin tranzit şöbəsinin rəisi polkovnik Ceyhun Babayev Korrupsiyaya Qarşi Mübarizə idarəsi tərəfindən iş adamından 750 ABŞ dollar rüşvət alarkən hadisə yerindəcə həbs edildi. Məlum oldu ki tranzit keçən hər maşına görə 50 dollar alınır..." Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Daha sonra məqalədə deyilir: "Ayda 450-500 maşın tranzit olur. Hər maşına da 50 dollardan. Nəzərə alsaq ki ER və DNBGİ avqust 2018-ci ildən fəaliyyətə başlayıb. (avqust 2018-iyun 2020). Deməli, təxminən 450 maşın, 50 dollardan 22 ay. ( 450*50*22) nəticədə 495 min dollar. Manatla 841 min manat. Ay maşallah...

Sual olunur: Bu şöbə rəisinə kim deyib ki, "qorxma al, mən “dalında” durmuşam"? Heç bir şöbə rəisi risq eləyib belə böyük məbləğə tək girişməz. Şöbə rəisi Ceyhun Babayevin tabe olduğu İdarə rəisi kimdi? Həmin Baş İdarədə “söz” sahibi kimdi? Enerji Resursları və Dəniz Nəqliyyatə Baş Gömrük İdarəsinin Baş İdarə rəisi Telman Mehdiyev. Baş İdarəsin nəzdində İdarə rəisi Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevdi. Hərçənd ki bütün idarəni o “firladır”, faktiki olaraq Rafail Niftəliyevə iki şöbə tabedir. Rəsmiləşdirmə şöbəsi və Tranzit şöbəsi. Heç bir sənəd tələb olunmayan vergi və rüsuma düşməyən adi bir tranzit şöbəsində 841 min manat varsa, indi siz təsəvvür edin, digər idxal zamanı vergiyə cəlb edilən qiymətə gömrük tərəfindən müdaxilə edilən rəsmilşdirmə şöbəsində hansı məbləğlər “fırlanır”?

Şöbə rəisi video görüntülərdə dediyi kimi... "5 də əlavə eləsək, 18 oldu..." Ikisi bir sonra biri də tək oldu. Elədi cəmi 21. Nəticədə qaldı 8 dənə borc. Belə arxayınçılıqla hesablamaqda görünün ona deyilib ki get al! Amma “səsi” çıxmasın. Görəsən, şöbə rəisinin İdarə rəisiynən faizi necə imiş???

İdarə rəisi Rəfail Niftəliyevin maşınnarının siyahisindan görünür ki həmin idarədə “babat” iş gedir.

1. MERCEDES 240 Nömrəsi 10UA585 şassi WDB2100621B294206

2. TOYOTA PRADO Nömrəsi 90DD585 şassi JTEBL29J68K002600

3. TOYOTA PRADO Nömrəsi 99FF585 şassi JTEBU3FJ105049267

Bu maşınlar Rəfail Niftəliyevin maşın parkında öz adına olanlardı. Yəqin ki başqasının adına da bir neçə maşını var.

Səfər Mehdiyev demişdi, əgər Gömrük Komitəsində 1 manat rüşvət olsa, mən istefa verəcəm. Yəqin ki 1 manatı deyəndə milyonu nəzərdə tutmayıb..."

Daha sonra dia.az-a göndərilən məqalədə bildirilir: "İdarə rəisi Rəfail Niftəliyevin Naxçıvan Dövlət Universitetə necə qəbul olmağı hələ də müəmmalı olaraq qalır. Həmin ili mən də Naxcıvan Dövlət Universitetə qəbul olmuşam. Ən aşağı ödənişlı keçid balı 166 idi. Onun keçid balını toplaya bilmədiyi halda 154 balla necə qəbul olması möcüzədir...

Bakıda işlədiyin halda Naxçıvanda əyani oxumaq olarmı? Naxçıvan Dövlət Universitetinin keçid balını toplaya bilmiyəsən, Bakıda işlədiyin halda Naxçıvanda əyani oxuyasan... sonra da “istedad” sahibi olub elmi iş yazasan (?!). Eləcə də hansı nailiyyətinə görə birbaşa Gömrüyə rəis təyin olunasan...

Səfər Mehdiyevin baldızı oğlu da bir başqa aləmdir. Onun tərcümeyi-halı saxtakarlıq üzrə "Ginnessin Rekordlar kitabı"na düşməlidi. Bu barədə növbəti yazıda..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ