SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səfirimizlə bağlı ilginc ittihamlar – Mal həkimi necə diplomat oldu?

Səfirimizlə bağlı ilginc ittihamlar – Mal həkimi necə diplomat oldu?

Tarix:

23-07-2020, 10:52

/ 5 461 dəfə oxundu.
Səfirimizlə bağlı ilginc ittihamlar – Mal həkimi necə diplomat oldu?

Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov Ramiz Mehdiyev-Əli Həsənov tandeminin rəhbərliyi altında formalaşmış ikibaşlı Azərbaycan FETÖ-sünə bağlı diplomatik çetenin üzvü olmaqda ittiham olunur.

“Ovqat.com” saytında yayımlanmış “Azərbaycan “FETÖ”-sünün diplomatları” sərlövhəli yazıda səfirlə bağlı bir sıra iddalar yer alıb:

“Ramiz Mehdiyev-Əli Həsənov tandeminin rəhbərliyi altında formalaşmış ikibaşlı Azərbaycan FETÖ-sünə bağlı diplomatik çetenin məşhur üzvlərindən biri də hazırda Belarusda Fövqəladə və Səlahiyyətli Səfirimiz olan Lətif Qəndilovdur. Lətif Qəndilov da əksər səfirlər kimi tanınmış ailədən gəlir. Atası mərhum Seyfəddin Qəndilov Azərbaycanın məşhur ziyalılarındandır. Orta nəslin yaxından tanıdığı, tez-tez teleekranlardan dünya və ölkə siyasəti ilə bağlı şərhlərini dinlədiyi Seyfəddin Qəndilovun 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin olunmasıyla oğlu Lətif müəllimin də çırağı yanmağa başlayıb.
İddialara görə, mərhum Seyfəddin müəllimin Ramiz Mehdiyevlə yaxın dostluq münasibətləri olub. Lətif Qəndilovun da “boz kardinal”ın himayəsi altına girməsində bu dostluq əlaqələri mühüm rol oynayıb.
Lətif Qəndilovu xarakterizə edən hakimiyyətdəki çevrələr onun xasiyyətcə atasından xeyli fərqləndiyi qənaətindədirlər. Seyfəddin Qəndilov ziyalı obrazı ilə tanınsa da, onun oğlunun fikri-zikri maddi mənfəət yanında imiş. Əlindən isə halal iş gəlmirmiş. Məhz bu bir-biriylə uzlaşmayan xüsusiyyətlərini nəzərə alan Ramiz Mehdiyev onu xarici ölkələrə səfir göndərməyə qərar verir.
Maraqlıdır ki, Lətif Qəndilovun diplomatik fəaliyyəti barədə apardığımız araşdırmalar onun 2004-cü ildə bu sahədə ilk addımlarını atmağa başladığını göstərir. Ondan əvvəl isə kim olduğu, harda işlədiyi barədə özünün rəsmi bioqrafiyasında belə heç bir məlumat yoxdur. 2004-cü ildə isə onun 47 yaşı vardı. Məhz 47 yaşında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri ünvanına layiq görülən Lətif Qəndilov elə həmin il Qazaxıstana ölkəmizin ən titullu təmsilçisi vəzifəsinə göndərilir.
Sıfırdan ən yüksək pilləyə bu qeyri-adi sıçrayışa təəccübləndinizmi, deyilmi? Məncə, təəccüblənməyə dəyməz. Azərbaycan elə bir ölkədir ki, 47 yaşında mal həkimi birdən birə özəl universitetlərdən birinin hüquq fakültəsinə girib, hələ tələbə olduğu halda hansısa nazirin müavini təyin olunursa, Lətif Qəndilov niyə harasa səfir kimi göndərilməsin? Söhbət bir də fəvqəladə səfirlikdən gedirsə, müqayisə daha çox yerinə düşür. Çünki mal həkimindən nazir müavininə çevrilən məlum şəxsiyyətin də fövqəladə tərəfləri vardı.
Qısası, fövqəladə sıçrayışla Qazaxıstana səfir təyin olunan Lətif Qəndilov atası vəfat edənədək, yəni 2010-cu ilə qədər bu vəzifədə çalışır. 2010-cu ildə geri çağırılan fövqəladə səfir bir il işsiz qalır. Nə yazıq ki, bu işsizlik müddətinin nəylə bağlı olduğunu müəyyənləşdirə bilmədik. Azərbaycan diplomatik korpusunda nadir şəxslərdəndir ki, Lətif Qəndilovun bioqarifiyası gizli tutulur. Hazırda rəhbərlik etdiyi Azərbaycanın Belarusdakı səfirliyinin rəsmi səhifəsində belə, onun tərcümeyi-halı yazılmayıb. Görünür, üzə tutulası çox şeyi olmadığından cənab səfir öz bioqrafiyasını gizləməyə üstünlük verib.
İddialara inasaq, Lətif Qəndilovun 2010-cu ildə geri çağırılıb bir il ehtiyatda saxlanılması təsadüfi deyil. Bildirildiyinə görə, Qazaxıstandakı fəaliyyətində yol verdiyi ciddi nöqsanlar Lətif Qəndilovu ölkə başçısının gözündən salmış və onun özünü bərpası asan olmamışdı.
2011-ci ildə Ramiz Mehdiyev və Əli Həsənovun israrlı xahişlərini nəzərə alan Prezident İlham Əliyev onun Çinə səfir göndərilməsinə razılıq verir. 5 ildən sonra yenə dipomata yaraşmayan hərəkətlər onun geri qaytarılmasıyla nəticələnir. Yenə araya “5-ci kolon”un hakimiyyətdəki ağsaqqalları girir və o, öz himayədarlarının köməkliyi ilə Belarusa diplomatik görəvə göndərilir. İndiyədək həmin vəzifəni icra edən Lətif Qəndilovun yaxın günlərdə diplomatik fəaliyyətini nöqtələməsi gözlənilir. Bu dəfə isə deyəsən onun xahişini edən tapılmayacaq. Çünki himayədarlarının xahişini edən lazımdır və çətin ki, bu xahişlər işə yarayar.
Əslində bu il 63 yaşına qədəm qoyacaq Lətif müəllimin bundan sonra işə də çox ehtiyacı yoxdur. İndiyədək qazandığı neçə nəsillərə bəs edər. Bununla belə, hakimiyyətdəki qaynaqlar onu heç də yaxşı xarakterizə etmirlər. Kulislərdə onun barəsində deyilir: “Haraya təyin olunsa, Qəndilov orda ölkəmizi və xalqımızı rusvay edib. Nə diplomatik təfəkkürü var, nə də düz-əməlli təcrübəsi. Hamı danışır ki, Qəndilov Çində vaxtını yalnız viza alverinə sərf edirdi. Hər vizanın isə konkret qiyməti vardı – 500 ABŞ dolları. İldə 5-6 min viza satır, yığdığı pulları Ramiz Mehdiyev-Əli Həsənov-Elmar Məmmədyarov üçlüyü arasında paylaşırdı. Nəticədə Çin-Azərbaycan münasibətlərini biabırçı həddə çatdıran Qəndilovu hörmətlə Belarusa göndərirlər. İndi də orda ölkəmizi və xalqımızı biabır etməklə məşğuldur”.

Şərhlər

XƏBƏR LENTİ