SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Gündəlik həyatımızda buna ciddi önəm verməliyik”

“Gündəlik həyatımızda buna ciddi önəm verməliyik”

Tarix:

22-04-2017, 14:55

/ 81 883 dəfə oxundu.
“Gündəlik həyatımızda buna ciddi önəm verməliyik”

Millət vəkili Qənirə Paşayeva Tibb Universitetində gənclərlə görüşüb və onları sosial mediada Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa çağırıb
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili qadınların cəmiyyətdəki rolundan danışıb.
Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində dövlət siyasətinin önəmini vurğulayan millət vəkili Azərbaycanda bu istiqamətdə əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib:
“Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat bu sahəyə daha həssas yanaşmalı, ciddi mövqe tutmalı və maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik”.
Q.Paşayeva bildirib ki, ölkəmizin inkişafı istiqamətində gənclərin üzərinə böyük vəzifələr düşür:
“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç nə ola bilməz. Harada doğulmasından və yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Gənclərin savadlı, təhsilli, elmə və kitaba meyilli olması əsas şərtdir. Hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini dərindən bilməlidir”.

Şərhlər

XƏBƏR LENTİ