“Görək, başçı nə deyəcək?..” - Qənirə Paşayeva
"Bələdiyyələr yerli icra qurumlarından çəkinirlər".
Bunu millət vəkili Elmira Axundova parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik hesabat məruzəsinin müzakirəsində çıxışı zamanı deyib.
O, bəzi bələdiyyələri yerli icra hakimiyyətlərindən çəkinməkdə və onlardan asılılıqda qınayıb: "Bir çox bələdiyyələr təşəbbüskarlıq göstərmirlər, yerli icra hakimiyyətlərindən çəkinirlər. Daha doğrusu, icra hakimiyyətlərindən asılı vəziyyətdə olurlar. Bu, yolverilməzdir. Bələdiyyələr müstəqil olmalı, təşəbbüslərlə çıxış etməli, fəaliyyətlərini canlandırmalıdırlar".
Millət vəkili Qənirə Paşayeva da çıxışında bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyət bölgüsü məsələsi problemini qabardıb. Millət vəkili qeyd edib ki, bu gün səlahiyyət bölgüsü məsələsində bir sıra problemlər yaşanmaqda, yerli icra orqanları tərəfindən bəzi bələdiyyələrin səlahiyyətləri mənimsənilməkdədir: "Xüsusilə də, kənd yerlərində bir çox bələdiyyələrin səlahiyyətləri yox dərəcəsindədir. Onlardan soruşanda ki, niyə filan məsələni həll etmirsiniz, deyirlər ki, icra hakimiyyətinin, icra başçısının məsələyə münasibətini, cavabını gözləyirik, gözləyirik görək onlar nə deyəcək? Bu, düzgün deyil. Bu, bələdiyyələrin səlahiyyətlərinin mənimsənilməsidir. Bələdiyyələr özləri də bu məsələdə az məsuliyyət daşımırlar. Çünki bir çox hallarda öz səlahiyyətlərini, hüquqlarını bilmirlər və nəticədə də vətəndaşlar əziyyət çəkməli olur. Bunlar aradan qaldırılmalıdır".
Müzakirələrin sonunda hesabat səsə qoyulub və qəbul edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək