XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Cahangir Əsgərov doğum günündə “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Cahangir Əsgərov doğum günündə “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Cahangir Əsgərov doğum günündə “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
11-07-2020, 12:09

Prezident İlham Əliyev C.C.Əsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncəma əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Bu gün həm də Cahangir Əsgərovun doğum günüdür.

Qeyd edək ki, Cahangir Əsgərov 11 iyul 1950-ci ildə Bakıda anadan olmuşdur. 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirmişdir.

1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləmişdir.

1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.

Dia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.