SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dənizdə batan uşaqları xilas edib, özü boğulan bankir haqında ilginc faktlar... (FOTO)

Dənizdə batan uşaqları xilas edib, özü boğulan bankir haqında ilginc faktlar... (FOTO)

Tarix:

25-06-2020, 12:03

/ 1 827 dəfə oxundu.
Dənizdə batan uşaqları xilas edib, özü boğulan bankir haqında ilginc faktlar... (FOTO)

Artıq iki gündür ki, həm sosial şəbəkələrdə, həm də mətbuatda dənizdə iki uşağı xilas edib, özü boğulan bank işçisi Yusif İsak oğlu Məmmədovdan söz açılır.

Məlumat verək ki, 40 yaşlı Yusif Məmmədov "Xalq Bank”da filial müdiri işləyib. O, iki gün öncə, yəni iyunun 20-də ailəsi ilə birgə Bakının Xəzər rayonunda dənizin kənarında istirahət etməyə yollanıb. Valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif Məmmədov kömək üçün dənizə atılıb. Şahidlərin sözlərinə görə o, üzərək uşaqlara çatıb və onları xilas edib. Lakin özü ölümün pəncəsindən xilas ola bilməyib, boğulub...

Sosial şəbəkələrdə həyatı bahasına iki uşağı xilas edən Yusif Məmmədovu qəhrəman elan edənlər də var. Hətta bəziləri onun adının əbədiləşdirilməsi ilə bağlı təkliflər də irəli sürürlər.

Bəs dənizdə batan uşaqları xilas edib, özü boğulan Yusif Məmmədovun həyat hekayəsi necə olub?

Mərhumun qardaşı, Azərbaycan Autizm Assosiasiyası idarə heyətinin sədri Elnur Məmmədov bu barədə Musavat.com-a danışıb. O, bildirib ki, Yusif Məmmədov iki il öncə də dənizdə boğulan bir gəncin həyatın xilas edib:

"Həmin vaxt bunu ictimailəşdirmədik. Daha doğrusu özü bunu istəmədi. Qardaşım Yusif Məmmədov idmanın müxtəlif növləri ilə, o cümlədən boks və üzgüçülüklə məşğul olub. İdman cüssəli idi, 1.90 santimetr boyu var idi. 20 ilə yaxın idi ki, bank sektorunda çalışırdı. Bildiyiniz kimi "Xalq Bank”da filial müdiri işləyirdi.

İki gün öncə, dənizdə iki azyaşlı uşağın dənizdə batdığını görüb. Tez dənizə atılaraq, onları xilas edib, lakin özü batıb. Şahidlərin dediyinə görə hadisə baş verən zaman dalğa çox hündür olub, həmin anda külək başlayıb. Buna görə də kimsə ona kömək edə bilməyib. Görünür ki, qardaşımda ya qıcolma olub, ya da təzyiqi aşağı düşüb. Çünki qardaşım heç zaman bata bilməzdi. O, dənizin 5 metr dərinliyi ilə üzüb, geri qayıdan adam idi. Yəni, üzməyə o qədər həvəsli idi, sudan doymurdu. Qardaşımı sudan tapıb, çıxaran onun dostu olmuşdu. Təxminən 1 saat axtarışdan sonra qardaşımı tapa biliblər”.

Elnur Məmmədov qardaşının doğulub, boya-başa çatdığı İmişlidə dəfn olunduğunu bildirib:

"40 yaşındaydı. Amma deyərdim ki, onda 70 yaşlı insanın təfəkkürü var idi... Bu gün respublikanın bütün bölgələrindən, o cümlədən Rusiyadan, Avropadan çoxlu sayda mesajlar, zənglər gəlir, hər kəs başsağlığını bildirir. Onun dost-tanışı çox idi. Nə qədər insan onun yas mərasiminə gəlmək istəyirdi, lakin koronavirus pandemiyası, karantin rejimi ilə əlaqədar olaraq biz buna izn vermədik...

Qardaşımın 12 və 9 yaşında iki övladı qaldı”.

Elnur Məmmədov qardaşının adının əbədiləşdirilməsi ilə bağlı edilən təkliflərə də öz münasibətini bildirib:

"Məncə də qardaşım qəhrəmandır. Çünki o, iki insanın həyatını xilas edib. Düşünürəm ki, onun adı əbədiləşdirilərsə, bu el arasında bir motivasiya olar”.
Dənizdə batan uşaqları xilas edib, özü boğulan bankir haqında ilginc faktlar... (FOTO)

Şərhlər

XƏBƏR LENTİ