Faciəvi şəkildə ölən 21 yaşlı Hüseynin fotosu - Səbinənin meyidi hələ tapılmayıb
2 gün əvvəl Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində - Hövsandakı çimərlikdə suda boğulan 21 yaşlı Hüseyn Rəhimovla bağlı bəzi məqamlar üzə çıxıb.
Yaxınları bildiriblər ki, Hüseyn Rəhimov hadisə vaxtı yanındakı qızı xilas etməyə çalışıb və bu səbəbdən də boğulub. Belə ki, gənc oğlan yeni tanış olduğu qızla dənizdə olarkən onun boğulduğunu görüb və kömək etməyə çalışıb. Bu zaman yaxınlıqdakı şəxslərdən biri Hüseyndən yapışaraq xilas edib. Lakin gənc oğlan qızın boğulduğunu görüb, növbəti dəfə ona tərəfə gedib və bu zaman onların ikisi də boğulub.
Məlum olub ki, Hüseynlə birgə dənizdə boğulan Səbinə Abıyeva çimərliyə xalası qızı ilə gəlibmiş. Lakin həmin qız xalası qızı ilə Hüseynin suda yoxa çıxdığını görüb şoka düşüb və ərazidən uzaqlaşıb. Hadisədən bir neçə saat sonra H.Rəhimovun meyiti sudan çıxarılsa da, gənc qızı tapmaq hələlik mümkün olmayıb.
Yaxınlarının dediyinə görə, Hüseynin dayısı da 15 yaşında dənizdə boğularaq vəfat edibmiş. Onun anası ilə atası uzun illər əvvəl ayrılıb və qadın Hüseynlə digər oğlunu tək böyüdüb. Gəmiçilik kollecini bitirəndən sonra işləməyən Hüseynin qardaşı hazırda hərbi xidmətdədir və onların anası hazırda kimsəsiz qalıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək