Polkovnik dənizdə batdı – FHN-NİN XİLASEDİCİLƏRİ KÖMƏK ETMƏDİ (VİDEO)
İyulun 23-də Pirşağı çimərliyində üç şəxsin boğulması ilə bağlı məlumat daxil olub.
Çimərlikdə istirahət edənlər bildiriblər ki, suda boğulan şəxsləri gördükdə FHN-nin xilasedicilərini çağırıblar. Onlar gələnə kimi həmin ərazidəki istirahət edən şəxslərlə birləşib boğulanlardan birini xilas ediblər. Xilasedicilər gəldikdən sonra isə suda boğulan şəxsləri xilas etməyəcklərini və həmin ərazidəki qayığın yararsız vəziyyətdə olduğunu bildiriblər. Suda qalan digər iki nəfərdən biri gözdən itib, o birinin isə təqdim olunan videoda boğulan vəziyyətdə başı görünür. Həmin görüntüləri sizə təqdim edirik.
Çimərlikdəki şəxslərin verdiyi məlumata görə, xilas edilməyən digər iki şəxsin birini ləpələr sahilə tərəf çıxarıb və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Digər şəxs isə gecə saat 1 də özü xilas olub. Xilas olanlardan birinin polkovnik olduğu iddia edilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...