XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Xətai rayonuna yeni prokuror təyin olundu

Xətai rayonuna yeni prokuror təyin olundu

Xətai rayonuna yeni prokuror təyin olundu
12-06-2020, 17:16

Baş Prokuror daha bir rayona prokuror təyin edib.

Kamran Əliyevin əmri ilə Sərdar İmanov Xətai rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S. İmanovdan əvvəl Xətainin prokuroru Yusif İldırımzadə idi.

Xatırladaq ki, Kamran Əliyevin keçənaykı əmri ilə Xətai rayon prokuroru Yusif İldırımzadə digər 5 prokurorla birgə işdən çıxarılmışdı. 2007-ci ildən bu vəzifəni daşıyan Yusif İldırımzadə sabiq Daxili İşlər naziri, Təhlükəsizik Şurasının katibi Ramil Usubovun qudasıdır. O, eyni zamanda bir müddət əvvəl bağlanan "AmrahBank"ın rəhbəri Yunis İldırımzadənin qardaşıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.