Yusif İldırımzadənin qardaşı oğlu həbs edildi
Tanınmış prokuror Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilib.
Ü. İldırımzadə "AmrahBank"ın Müşahidə Şurasının sədri Y. İldırımzadənin müşaviri olub.
O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.
İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən Ü. İldırımzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə Baş prokuror Kamran Əliyevin əmri ilə təqaüdə göndərilib. Y. İldırımzadə sabiq Daxili İşlər naziri Ramil Usubovun qudasıdır. Xatırladaq ki, "AmrahBank" aprelin 28-i bağlanıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...