XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Mətin Eynullayev nədən bu qədər dəyərlidir? - İDDİA

Mətin Eynullayev nədən bu qədər dəyərlidir? - İDDİA

Mətin Eynullayev nədən bu qədər dəyərlidir? - İDDİA
16-05-2020, 13:24

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Elnur Aydın oğlu Əliyev İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. E.Əliyevlə bağlı cumhuriyyet.az olaraq “Mikayıl Cabbarovun Elnur Əliyev sevgisi: “onun psixi problemləri var…” başlıqlı yazımızda bəhs etmiş və bu kadrın uğursuz imici, həmçinin müsbət olmayan reputasiyası haqda bəhs etmişdik.
Eyni gündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilən Eynullayev Mətin Balasən oğlunun həmçinin, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra etməsi haqda prezident fərman imzalayıb. Bildirək ki, M.Eynullayev də nazir Mikayıl Cabbarovun “lyubimçik” kadrlarından sayılır. Kimdiir M.Eynullayev?
Eynullayev Mətin Balasən oğlu 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. “Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Bu məlumatla paralel Mikayıl Cabbarovun da həyat yoluna nəzər salsaq görərik ki, indiki nazir tələbə olandan bu yana harda olubsa M.Eynullayev də kölgə kimi onun yanında olub.
Amma M.Eynullayevlə bağlı planlar həmişə gerçəkləşməyib. Zamanında Təhsil Nazirliyi Aparatının rəhbəri olmuş M.Eynullayev indiki nazir Ceyhun Bayramovla konfliktdə olub. Bu iki şəxs arasında təhsil naziri olmaq uğrunda mübarizə gedib. Ceyhun Bayramovun da Mikayıl Cabbarovun sinif yoldaşı və yaxın dostu olduğunu vurğulayan məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, onlar “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıblar. Hər iki şəxs Mikayıl Cabbarova çox yaxın adamlar olsa da, nüfuz savaşında bu amil ikinci plana keçib və sonda C.Bayramov qalib gəlib (bu qələbədə C.Bayramovun qardaşı – maliyyə nazirinin müavini Azər Bayramov faktoru xüsusi rol oynayıb). Məlumatlarda o da bildirilir ki, Mikayıl Cabbarovun köməkçisi Anar Mahmudovun Mətin Eynullayevin qaynıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.