XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakıda SMS icazə ləğv edilir – ŞAD XƏBƏR

Bakıda SMS icazə ləğv edilir – ŞAD XƏBƏR

Bakıda SMS icazə ləğv edilir – ŞAD XƏBƏR
5-05-2020, 00:12

Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin.

Bunu ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır:
"Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və ondan sonra qərar veriləcək. Belə ehtimal var ki, SMS-lə bağlı verilən qərar ləğv edilsin. Çünki indiki durum bunu deməyə əsas verir".
Cəlal İsayev onu da vurğulayıb ki, mayın 11-dən sonra Bakı ilə rayonlararası məsafənin açılması müzakirə oluna bilər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.