SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əli Həsənovun dayısı oğlunun VARİDATI - "Jek" müdirliyindən başlanan yol

Əli Həsənovun dayısı oğlunun VARİDATI - "Jek" müdirliyindən başlanan yol

Tarix:

1-05-2020, 20:25

/ 2 420 dəfə oxundu.
Əli Həsənovun dayısı oğlunun VARİDATI - "Jek" müdirliyindən başlanan yol

Sirr deyil ki, Əli Həsənov ideoloji sahəyə başçılıq etdiyi illərdə bütün qohum-əqrəbasını ayrı-ayrı idarə və təşkilatlarda yüksək vəzifələrə yerləşdirə bilmişdi. Bunlardan biri də Əli Həsənovun cəmi birillik jurnalist fəaliyyəti olan doğmaca dayısı oğlu Məmməd Cəfərovdur.

KONKRET.az xəbər verir ki, Məmməd Cəfərov Əli Həsənovun hesabına böyük varidata sahib olub. Bu gün “40 pillə” kimi dəbdəbəli restoranlar şəbəkəsi ona məxsusdur. Oğlu Mətin Cəfərov isə gömrük orqanlarında çalışır.

Bəs görəsən, “Jek” müdiri kimi çalışan Məmməd Cəfərov necə olub ki, birdən-birə belə zənginləşib?!

Xatırladaq ki, o, BDU-nun kitabxanaçılıq fakültəsini bitirdiyi halda, 1978-1997-ci illərdə Xəzər Dəniz Donanmasında müxtəlif vəzifələrdə çalışıb. 1999-2001-ci illərdə Xətai rayonunda MİS-in rəisi vəzifəsində, 2002-2003-cü illərdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində müfəttiş vəzifəsində işləyib. Məmməd Cəfərov həmçinin cəmi bir il Sona Vəliyevanın rəhbəri olduğu “Kaspi” qəzetində müxbir işləyəndən sonra MTRŞ-yə üzv olmaqla Əli Həsənovun bu qurumda “göz-qulağı” olub.

Məmməd Cəfərovun varidatının bir hissəsini müvafiq dövlət strukturlarının nəzərinə çatdırırıq:
Əli Həsənovun dayısı oğlunun VARİDATI - "Jek" müdirliyindən başlanan yol







Şərhlər

XƏBƏR LENTİ