SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əli Həsənovun dövlətə “40 pillə” kafesi “xidməti” cinayət sayılmır - NARAZILIQ!

Əli Həsənovun dövlətə “40 pillə” kafesi “xidməti” cinayət sayılmır - NARAZILIQ!

Tarix:

16-11-2021, 22:01

/ 434 dəfə oxundu.
Əli Həsənovun dövlətə “40 pillə” kafesi “xidməti” cinayət sayılmır - NARAZILIQ!


"Əli Həsənovun ictimai -siyasi şöbənin müdiri kimi Prezidentə dezinformasiya, “ictimai -siyasi jurnalist-trol evləri” , “kafe-restoran” və s. “dövlət qulluğu”nun “xüsusi növləri” ilə yardımçılıq etməsi görəvinə , vəzifəsinə 2019-cu ilin noyabrında son qoyulsa da , vəzifəsindən sui-istifadə etməsi və bu sui-istifadəyə hüquq qiyməti verilməməsi hələ də sürür". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bu “başı aşağı, rüşvəti yuxarı” olan dövlət məmurunun tamahının qılıncı elə itidi(r) ki, Qarabağ qazilərinin on illərdir istədikləri zibilxanaya da tamah salıb, MTRŞ -yə üzv təyin etdirdiyi dayısı oğlu Cəfərov Məmməd Hüseyn oğlunun adına saxta çıxarışla “40 pillə” kafesinə çevirib! Belə rüşvət (oxuma, dövlət !) qulluğu xidmətindən qazilər , vətəndaşlar razı qalmasalar da , nəzarət edici qurumlar, Ombudsman institutu, hüquq mühafizə orqanları , özəlliklə Səbail prokurorluğunun və polisinin razı qalmalarını elə dövlət (oxu, rüşvət!) qulluğu təmin edir. Təsəvvür edin, hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə çevrilən keçmiş Vergilər Nazirliyinin müavini İlkin Vəliyev beş ildə rəsmi məktublarla “40 pillə” kafesinin yiyəsinin kimliyini və vergidən yayınmasını “dövlət kommersiya sirri” kimi saxlayıb. Hazırda İqtisadiyyat Nazirliyinin yanına verilən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rafiq Cəlilov isə zibilxananın, kafe-restoranın dövlət müəssisəsi kimi özəlləşdirilə bilməzliyi , Səbail RİH -in keçmiş şöbə müdiri Hafiz Aberkarov Bayıldakı sürüşmənin “40 pillə”ni titrətməsi” nədəni ilə Qarabağ qazilərinə yox, saxta çıxarışla öncə “Alyans-f” MMC-yə , 2015-ci ildən Cəfərov Məmməd Hüseyn oğlunun mülkiyyətinə verilməsi mütəşəkkil dəstə şəklində həyata keçirilib . 50 civarında (!) məhkəmə qərarı da qanunsuzluğa son qoymağa yox, qüvvəyə mindirməyə xidmət edib. Təsəvvür edin, cavabdeh Səbail RİH məhkəməyə saxta ünvana, saxta qeydiyyat nömrəsi ilə “Alyans-f” MMC-nin adına saxta çıxarış təqdim edib və hər üç məhkəmə instansiyası saxta çıxarışı əsas tutaraq Qarabağ qazilərinin iddiasını təmin etməyib ki, mülkiyyət toxunulmazdır. Qazilərin çıxarışın etibarsız sayılması barədə çoxsaylı ərizələrinə, iddialarına da baxılmayıb ki, mülkiyyət toxunulmazdır. Və. . 2015-ci ildə birdən -birə “val dəyişilib” : SƏBAİL İCRA HAKİMİYYƏTİ, ŞÖBƏ MÜDİRİNİN İMZASI İLƏ ƏMLAKIN “ALYANS-F” -İN, MÜAVİNİN İMZASI İLƏ CƏFƏROV MƏMMƏD HÜSEYN OĞLUNUN MÜLKİYYƏTİNDƏ OLDUĞUNU EYNİ TARİXLİ 2 AYRI MƏKTUBLA BİLDİRİB. Qazilərə dövlət “qayğısı”na baxın, adi bir zibilxananı Qarabağ əlillərinə verməməkdən yana, qeyri-yaşayış sahəsinə, filmdəki kimi iki “adaxlı” tapıblar. Maraqlıdır, “Alyans”ın “toxunulmaz mülkiyyəti”nə Əli Həsənovun dayısı oğlu Cəfərov Məmməd necə “toxunub” bəs? Görürsünüz, Əli Həsənovun ictimai -siyasəti fəaliyyəti öz bəhrəsini necə “qoz kimi” verir(miş) ?! Keçmiş prezident köməkçisi hələ də “qoz kimi, istintaq araşdırılmasının “qabağına fındıq itələyir “.

Bakı şəhər prokurorluğu bir ildən çoxdur, Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinə hüquq qiyməti veriləcəyini söz verir, amma sözdən işə keçə bilmir. Prokurorluq heç ibtidai araşdırmaya prosessual rəhbərliyi, nəzarəti də həyata keçirmək gücündə deyil. Baxın, Səbail RPİ-nin müstəntiqi Fərid Soltanlı Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə tövsif edib və Cəfərov Məmməd Hüseyn oğlunun qanuni əsaslarla Səbail RİH -in razılığı , ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “mollalığı” və “3-5 manat” pulla “40 pillə”yə yiyələnməsində cinayət əməlinin olmadığını bir il sonra -14.11.2021-ci ildə tərtib etdiyi 25.10.2020 tarixli nömrəsiz qərarla bildirib. Müstəntiqin qərarında öncə Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi haqqında materiala baxaraq Cəfərov Məmməd Hüseyn oğlunun izahatını alması, sonda isə telefona cavab vermədiyindən izahatını almağın mümkün olmaması barədə “baş-ayaq” nəticəni bir qırağa qoyaq, axı, vəzifədən sui-istifadə etmə Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə tövsif olunur və Cinayət Prosessual Məcəllənin 215.3.1 maddəsinə uyğun olaraq ibtidai istintaq PROKURORLUQ tərəfindən aparılmalıdır. Onu da vurğulayaq ki, Əli Həsənov kimi, MTRŞ -yə üzv təyin

etdirdiyi dayısı oğlu Cəfərov Məmməd Hüseyn oğlu da (ali kateqoriyalı) dövlət qulluqçusu olub və qanunla -qanunsuz olmağından asılı olmayaraq, dövlət qulluqçusunun biznes – kommersiya fəaliyyəti ilə məşğul olması, əmlak ələ keçirməsi korrupsiya cinayətidir. Biz hələ bu cinayətin dövlət qurumları, hətta polis, prokurorluq və məhkəmə hakimləri ilə mütəşəkkil dəstə şəklində törədilməsini demirik. Biz heç onu da demirik ki , Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti VƏZİFƏLİ ŞƏXS TƏRƏFİNDƏN “40 PİLLƏKƏN KOMPLEKSİ”NİN KAFEYƏ ÇEVRİLMƏSİ barədə BAŞ PROKURORLUQDAN daxil olan şikayətə baxaraq, 23.09.2020 tarixli məktubla bildirib ki, SÖZÜGEDƏN OBYEKT (“40 PİLLƏ” KAFESİ -M. B. ) ÜZƏRİNDƏ HÜQUQLAR DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİNDƏ QEYDİYYATA ALINMAMIŞDIR. Yəni, əmlakın saxta çıxarışla ələ keçirilməsi prokurorluğa bəlli olsa da, fakt üzrə nəinki cinayət işinin qaldırılması təmin edilir, əksinə, polis müstəntiqi ala bilmədiyi izahatla saxta çıxarışın qanuni olması , əməldə cinayət tərkibi olmaması qərarına gəlib . Gerçəkdə prokurorluq polisin də basqı altında saxta qərar qəbul etməsinə hüquqi qiymət verilməsini təmin etməyə borcludur. Amma Səbail prokurorluğunun özü bu cinayətdə mütəşəkkil dəstənin bir vintciyi kimi çıxış edir.

Əli Həsənovun Qarabağ qazilərinin hüquq müdafiəçisi, jurnalisti vəzifəsindən sui-istifadə edərək hüququndan, mənzildən məhrum etməsi bununla bitmir. Bu yuxarı rüşvətli məmur Qarabağ qazisinə 5 il öncə 9-cu Polis Bölməsində işgəncə verdirməkdən də çəkinməyib. Baş prokurorluq Vüqar Səfərlinin və dəstəsinin işi üzrə cinayət işində Qarabağ qazilərinin zərərçəkən kimi tanınmasını təmin etməli, dövlət qulluqçusunun kafe-restoran biznesi ilə məşğul olması cinayətini araşdırmalıdır. Yoxsa, qanunun aliliyi, hüququn üstünlüyü prinsipi yerinə, məmurun aliliyi, rüşvətin üstünlüyü prinsipi hələ çox sürəcək".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ