SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkirdə əlilə qarşı yüz min manatlıq dələduzluq - GİLEY

Şəmkirdə əlilə qarşı yüz min manatlıq dələduzluq - GİLEY

Tarix:

7-01-2021, 09:40

/ 673 dəfə oxundu.
Şəmkirdə əlilə qarşı yüz min manatlıq dələduzluq - GİLEY

Redaksiyamıza Şəmkir rayonundan şikayət ərizəsi daxil olub. Aktualxeber.az-a üz tutan Şəmkir rayonunun Əliyaqublu kənd sakini, ixtisasca həkim olan, eyni zamanda Azərbaycan Çernobıl Əlilləri Cəmiyyəti Şəmkir şöbəsinin müdiri işləyən 2-ci qrup əlil Kazımov Mahir İbrahim oğlu külli miqdarda dələduzluqla üzləşib. Belə ki, onun dediyinə görə Şəmkir Peşə Liseyində müəllim işləyən Cəfərov Sahib Məmməd oğlu onu müxtəlif vəzifəli şəxslərin qohumu olduğu və onun özünə, eyni zamanda tanışlarına kömək edəcəyi adı ilə aldadaraq ümumilikdə 98.700 manat pulunu mənimsəmişdir. Bu günə qədər heç bir işdə kömək edə bilməsə də S. Cəfərov aldığı pulu hələ də geri qaytarmır. O, pulları Şəmkir rayon Maliyyə İdarəsində işləyən atası Cəfərov Məmməd Rəhim oğlunun qaytaracağını dəfələrlə vəd etsə də, heç bir nəticəsi yoxdur. Bizim vasitəmizlə əlaqədar orqanlardan köməklik istəyən vətəndaş vaxtında lazımi ölçü götürüləcəyinə ümid edərək, ona dəyən maddi ziyanın tezliklə ödənilməsi üçün köməklik istəyir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ