SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Sovetski” sakinlərindən prezidentə təşəkkür - Məscidə görə

“Sovetski” sakinlərindən prezidentə təşəkkür - Məscidə görə

Tarix:

18-04-2017, 08:56

/ 40 279 dəfə oxundu.
“Sovetski” sakinlərindən prezidentə təşəkkür - Məscidə görə

“Sovetski” sakinləri Hacı Cavad məscidinin sökülməsinə qarşı çıxdığı üçün Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

xalqxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident.

Biz, Bakı şəhərinin keçmiş “Sovetski” adlanan məhəlləsinin bir qrup sakini Sizi dərin ehtiramla salamlayır, Zati-alinizə ən xoş arzularımızı yetiririk.

Nəzər-diqqətinizə çatdırmaq istərdik ki, Zati-alinizin Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi işinin dayandırılması və bunun ətrafında yaranan vəziyyəti araşdırmaq üçün komissiya yaradılması ilə bağlı tapşırıq verməsi dindarlar tərəfindən minnətdarlıqla qarşılandı. Göstərişinizlə yaradılan komissiyanın üzvləri bizimlə görüş zamanı bildirdilər ki, Sizin verəcəyiniz qərara uyğun olaraq məscid ya bərpa olunacaq, ya da ona yaxın ərazidə yenisi inşa ediləcək.

Zati-aliləri, diqqətinizə görə Sizə dərin təşəkkürlərimizi bildirir və Hacı Cavad məscidi ilə bağlı verəcəyiniz qərarın hər zamankı kimi, müdrik, humanist və xalqımız üçün xeyirlərə vəsilə olacağına əminliyimizi ifadə edirik.

Ali diqqətinizə çatdırmaq istərdik ki, Hacı Cavad məscidinin ibadət əhli hər zaman dövlətçiliyimizə sədaqətli, qanunlarımıza hörmət edən insanlardır. Birmənalı şəkildə bildiririk ki, Hacı Cavad məscidi ilə bağlı məsələdə qarşıdurma yaratmaq istəyənlər məscidimizdə namaz qılan, ibadət edən məhəllə sakinləri sırasından deyil. Bu, Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilməsi ərəfəsində müqəddəs dini dəyərlərimizi böyük ehtiramla həyata keçirilən misilsiz işlərə kölgə salmaq niyyətində olan daxili və xarici dairələrin təxribatından başqa bir şey deyildir. Müstəqil dövlətimizin uğurlarını gözü götürməyən bədxah dairələrin cidd-cəhdləri heç zaman bəhrə verməz, inşallah!

Şərhlər

XƏBƏR LENTİ