XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Hacı Cavad məscidinin tikintisindən - Fotolar

Hacı Cavad məscidinin tikintisindən - Fotolar

Hacı Cavad məscidinin tikintisindən - Fotolar
1-07-2017, 16:20

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakının Yasamal rayonunda yeni ünvanda Hacı Cavad məscidinin tikintisi davam etdirilir.

Dövlət başçısının Yasamal rayonundakı Hacı Cavad məscidinin münasib yerə köçürülərək yenidən inşası barədə qərarı dindarlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığımızın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinə Abbas Mirzə Şərifzadə, 1 ünvanında başlanıb.

Yasamal rayon İcra Hakimiyyəti yanında dini komissiyanın üzvü Hacıxan Mirzə Bağırov bu ərazidə məscidin tikilməsinin dindarları çox sevindirdiyini bildirib: “Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında bu məkanda məscidin tikilməsi Yasamal rayon sakinlərinin çoxdankı arzusu idi. Şükür Allaha ki, bu arzu yerinə yetirildi. Biz bu məscidin layihəsi ilə tanış olanda gördük ki, məsciddə dindarların rahat ibadəti və mərasimlərin keçirilməsi üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub”.

O, Hacı Cavad məscidinin sökülmədiyini, sadəcə köçürüldüyünü vurğulayıb: “Məscidin indiki vəziyyətinə görə komissiya təşkil olunub və komissyanın rəyinə əsasən, məscid qəzalı vəziyyətdə olduğuna görə köçürülüb. Bu, sökülmə deyil, köçürülmədir. Buna görə biz Cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, 2017-ci il aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdi.
Hacı Cavad məscidinin tikintisindən - Fotolar
Hacı Cavad məscidinin tikintisindən - Fotolar
Hacı Cavad məscidinin tikintisindən - Fotolar
Hacı Cavad məscidinin tikintisindən - Fotolar
Hacı Cavad məscidinin tikintisindən - Fotolar
Hacı Cavad məscidinin tikintisindən - Fotolar
Hacı Cavad məscidinin tikintisindən - Fotolar

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.