SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur

Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur

Tarix:

30-04-2020, 19:34

/ 3 025 dəfə oxundu.
Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur

Ötən ayın ortalarında Azərbaycanda daha bir neçə icra başçısının həbs olunacağı haqda məlumat vermişdik. Belə ki, müxtəlif rayonlarla yanaşı, paytaxtda da bəzi icra başçılarının vəzifələrindən azad olunacağı, hətta bunlar arasında həbs təhlükəsi yüksək olanların mövcudluğu haqda da dəyərli oxucularımızı bilgiləndirmişdik.
Hakimiyyət daxilindəki etibarlı mənbədən Hurriyyet.org-a verilən məlumat əsasında onu da qeyd etmişdik ki, əslində, prezident İlham Əliyevin bu haqda Novruz bayramından öncə sərəncam imzalayacağı gözlənilirdi. Lakin Azərbaycanda mövcud olan koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkə başçısının bu sərəncamının bir qədər təxirə düşdüyü bildirilirdi.
Mənbə qeyd edirdi ki, bayramdan sonra işdən çıxarılacaq icra başçılarından biri Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdur. Məlumata əsasən, icra başçıların prezidentin “qara siyahı”sına düşməsinə əsas səbəb onların 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı ölkə rəhbərliyinin iradəsinə qarşı çıxması və bəzi hallarda yalan məlumat verməsidir. O cümlədən Arif Qasımovun seçki zamanı prezidentin tapşırıqlarına məhəl qoymadığı, bu prosesdən şəxsi və qrup maraqlarını təmin etmək üçün yararlandığı vurğulanırdı.
Onu da xatırladaq ki, həmin ərəfədə bir sıra ciddi mənbələr Nizaminin icra başçısının ölkədən qaçmağa hazırlaşdığını da bildirirdi. Məsələn, keçmiş icra başçısı, jurnalist Fərməz Novruzoğlu özünün “Feysbuk” səhifəsində yazırdı: “Bilirəm ki, DTK səhifəmi izləyir. Olsun, bu, onların işidi… Sayğıdəyər DTK, işverənlik kimi çıxmasın, gözünüzü dörd açın: Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı Qasımov Arif Adil oğlu ölkədən qaçmağa hazırlaşır”.
F.Novruzoğılu daha sonra DTX-ya müraciət edərək, “Heyifdi o kasetlərə, nə qədər əziyyət çəkmisiniz. Biz izləyiciləri bu tamaşadan məhrum etməyin!”,– deyə əlavə edirdi.
Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyasına qarşı dövlət səviyyəsində görülən işlər ciddi nəticə verdiyindən, icra başçılarına qarşı yarıda qalan əməliyyatların artıq davam etdirildiyi haqda iddialar var. Hurriyyet.org-a informasiya verən etibarlı mənbə buna misal olaraq bu gün Biləsuvar rayonunun icra başçısı Mahir Quliyevin, eləcə də müavinlərinin və daha bir neçə vəzifəli şəxsin DTX tərəfindən qandallanmasını misal göstərir. Məlumata görə, ölkədə epidemiya təhlükəsinin qarşısı, demək olar ki, alındığından, qanunsuz fəaliyyətlə məşğul olan icra başçıları qanun qarşısında bir-bir cavab verməli olacaqlar.
Mənbənin sözlərinə görə, öncədən də qeyd olunduğu kimi, yaxın günlərdə Bakıda da analoji əməliyyatların keçiriləcəyi istisna olunmur. İddia olunur ki, paytaxtda vəzifəsindən azad olunacaq, yaxuda da həbs ediləcəyi təhlükəsi yüksək olan rayon rəhbərlərindən biri Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdur. Məlumata əsasən, A.Qasımovun ölkə başçısının “qara siyahı”sına düşməsinin daha ciddi səbəbləri var…
Qeyd edək ki, etibarlı mənbə bütün bunlarla bağlı redaksiyamıza təkzibolunmaz faktlar təqdim edib. Növbəti yazımızda bütün bunlarla bağlı oxucularımıza daha geniş məlumat verəcəyik. Bizi izləyin.

Şərhlər

XƏBƏR LENTİ