SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cangüdənlə gəzən İCRA BAŞÇILARI - Müstəqim Məmmədov, Arif Qasımov və daha kimlər(SİYAHI)

Cangüdənlə gəzən İCRA BAŞÇILARI - Müstəqim Məmmədov, Arif Qasımov və daha kimlər(SİYAHI)

Tarix:

3-02-2020, 10:57

/ 1 715 dəfə oxundu.
Cangüdənlə gəzən İCRA BAŞÇILARI - Müstəqim Məmmədov,  Arif Qasımov və daha kimlər(SİYAHI)

Zalım, rüşvətxor, avtoritet icra başçılarının həbs edilməsi və ya işdən atılması yerli İcra hakimiyyətlərinin işini gündəmə gətirib.

İxa.az xəbr verir ki, sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də bəzi rayonlarında İcra Hakimiyyəti başçısının yaşadığı evləri polisin mühafizə etməsi və icra başçılarının cangüdən saxlamasıdır.

Belə, icra başçılarından ən öndə gedənləri Kürdəmir icra başçısı Ceyhun Cəfərov, Tərtər icra başçısı Müstəqim Məmmədov, Astara icra başçısı Qəzənfər Ağayev, Qaradağ icra başçısı Süleyman Mikayılov və Nizami rayon icra başçısı Arif Qasımovu misal gətirmək yerinə düşər.

Doğrudanmı rayonlarımızda kriminogen durum belə pisdir ki, icra başçıları evlərinin qarşısında mühafizə postu yaradıb, özləri isə adam arasına cangüdənlə çıxırlar? Yox, əgər belə deyilsə, onda icra başçıları kimdən, nədən qorxurlar?

Qeyd edək ki, hazırda ölkədə heç bir kriminal gərginlik müşahidə edilmir və buna görə də icra başçılarının evlərinin mühafizəsinə və onların cangüdənlə gəzməsinə də ehtiyac yoxdur.

Bildirək ki, icra başçılarının hamısı belə etmir. İddia olunur ki, yuxarıda adları çəkilən icra başçıları şan-şöhrət naminə belə edir. Həmin icra başçıları yerlərdə xalqın qayğısını çəkmək yerinə, var - dövlət toplayıb, ad - san çıxarır. Təəssüflər ...

Təəssüflər olsun ki, vaxtilə yanında cangüdən və polis gəzdirən icra başçılarının çoxu cəzalandırılsa da, indi elələrinə rast gəlmək olmur.

Şərhlər

XƏBƏR LENTİ