SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nizami rayonunun icra başçısının varidatı haqda ilginc faktlar

Nizami rayonunun icra başçısının varidatı haqda ilginc faktlar

Tarix:

30-05-2020, 19:23

/ 1 458 dəfə oxundu.
Nizami rayonunun icra başçısının varidatı haqda ilginc faktlar

Arif Qasımov milyonlara necə sahib oldu?...
Nizami rayonunun icra başçısı Arif Qasımovun öz sərvətini gizlətməyə çalışdığı haqda ötən yazımızda məlumat vermişdik. Qeyd etmişdik ki, onun oğlunun adına olan, ikisinin dəyəri yarım milyon dollardan çox olan avtomobili (dövlət nömrə nişanının yalnız “9” rəqəmlərindən ibarət olduğu bildirilir – müəl.) başqa şəxsin adına keçirdiyi haqda bilgilər var. Onu da vurğulamışdıq ki, icra başçısı təkcə oğluna məxsus avtomobilləri deyil, son illərdə qanunsuz yollarla əldə etdiyi milyonlarla dollar dəyəri olan obyektlərini də müxtəlif şəxslərin adına rəsmiləşdirib. Hansı ki, bu haqda məlumat verən mənbə A.Qasımovun gizlətdiyi və başqasının adına keçirdiyi bütün əmlaklarının siyahısını redaksiyamıza təqdim edəcəyini vurğulamışdı.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, artıq icra başçısının on milyonlarla dollar dəyəri olan varidatının böyük əksəriyyətinin siyahısı əlimizdədir. Üstəlik, Arif Qasımovun qanunsuz yollarla əldə etdiyi digər obyektlərin üzə çıxarılması ilə bağlı araşdırmamızı davam etdirməkdəyik.

Nizaminin icra başçısının mal varlığı haqda oxucularımıza məlumat verməzdən öncə qeyd edək ki, bu haqda araşdırma aparmaqda məqsədimiz ölkə başçısının korrupsiya və rüşvətxorluğa qarşı apardığı kampaniyaya dəstək verməkdədir. Xüsusən də, arxası “yuxarılara” bağlı olan bu kimi məmurların mal varlığı ilə bağlı araşdırma aparıb, ölkə başçısına təqdim etməli olan aidiyyəti qurumların öz səlahiyyətlərin tam olaraq icra etmədiklərini və prezidentin bu məsələ ilə bağlı mediaya çağırışını nəzərə alıb, bu missiyanı öz üzərimizə götürməyi qərara aldıq. İnanırıq ki, təqdim edəcəyimiz faktlar hüquq-mühafizə orqanlarının Nizami rayon icra başçısının qanunsuz fəaliyyəti ilə bağlı geniş araşdırma başlatmasına da zəmin yaradacaq.

Beləliklə, gələn həftədən etibarən Arif Qasımovun varidatı ilə bağlı əlimizdə olan faktları təqdim edəcəyik.(hürriyət)

Şərhlər

XƏBƏR LENTİ