SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Oxucu Dövlət Baytarlıq Nəzarəti Xidmətini yıxıb-sürüdü - faktlarla...

Oxucu Dövlət Baytarlıq Nəzarəti Xidmətini yıxıb-sürüdü - faktlarla...

Tarix:

17-04-2017, 08:54

/ 39 052 dəfə oxundu.
Oxucu Dövlət Baytarlıq Nəzarəti Xidmətini yıxıb-sürüdü - faktlarla...

Prezident monopoliya, bürokratiya, inhisarçılıq, soyğunçuluq, sahibkarların sıxışdırılmasına qarşı sərt xəbərdarlıqlar edir, mühüm fərmanlar imzalayır, göstərişlər verir...

2016-cı ilin son günlərində – dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları, polis rəisləri, prokurorlar və digər vəzifəli şəxslərin iştirakilə keçirdiyi müşavirədən:

“Rüşvətə son qoymağı tələb edirəm …”

Görəsən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri mətbuatı izləmir, telekanallara da baxmır?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Azər Süleymanov isə iş adamlarına “divan tutur”. Bu qurumda vəziyyət o qədər acıncaqlıdır ki, artıq heç nəyi gizlətmək mümkün deyil. İş adamı Asif Hacıyevin başına gələnlər də bu prizmadan dəhşətli görsənir.

Iş adamı Asif Hacıyev danışıb ki, “Dövlət Baytarlıq Xidmətində özləri üçün preyskurant müəyyənləşdiriblər, 26 min manat dəyərində mal gətirmişəm, onun 10 faizini rüşvət kimi tələb edirlər”

”Niyə ödəməliyəm" deyə soruşanda isə deyirlər ki, bu, bizim qaydalardır, “dolya” budur. Bu yeni qayda Azər Süleymanov gələndən başlanıb. Biz elə bilirdik ki, bütün bəlalar Eldar Mahmudov həbs olunandan sonra bitəcək. Amma bu adam özü üçün yeni qaydalar müəyyən edib. Dəfələrlə yanında olmuşam. Xahiş etmişəm ki, biz iş adamlarını incitmə. Mənə dedi ki, get öz işinlə məşğul ol. Dünən Aydın müəllimlə (Xidmətdə sektor müdiridir –red) görüşdüm. O da mənə dedi ki, Azər müəllim deyir, o pulu ödəsin, ya da “Fitosanitariya” idarəsindən sənəd alsın. Halbuki mənim mallarımın o idarəyə heç bir aidiyyəti yoxdur".

Medya olaraq bildirək ki, ölkədə heyvandarlıq (quşçuluq) məhsullarının ixrac-idxalına baytarlıq nöqteyi-nəzərdən sağlam olması barədə icazə verilməsi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əlindədir. Bir kq ət və ya bir ədəd yumurta belə bu qurumun təmənnalı icazəsi olmadan ixrac və ya idxal edilə bilməz.

İş adamları və heyvan sahibləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində mal-qaranın idxalının “işbazlar” tərəfindən monopoliyaya alınmasına yaxından dəstək verilməsi, idxal edilən heyvanların hər bir baş iribuynuzlunun icazəsinə görə 25 manat, xırdabuynuzluya 12 manat, bir baş atın ölkədən ixracına 50 manat alınması, habelə son zamanlar təsərrüfatlarda heyvanların keyfiyyətsiz vaksinlə peyvənd edildikdən dərhal sonra balaatması, nəməlum xəstəliklərdən kütləvi ölməsi ilə bağlı səlahiyyətli dövlət orqanlarına, hətta ölkə bşçısına şikayət etmələrinə vadar olmuşlar.

Belə ki, Ucar rayonu, 20 Yanvar küçəsi, döngə 12, ev 1-in sakini Cəbrayılov Abbas Malik oğlu ölkə başçısına, Birnci vitse-prezidentə, həmçi nin "icxeberler.info"-ya şikayət məktubu göndərib.

Məktubda deyilir: “07 mart 2017-ci il tarixdə Ucar rayon Baytarlıq İdarəsinin işçiləri dabaq xəstəliynə qarşı peyvəndlənmə adı ilə evimizə gəlib boğaz (qarnında balası olan) inəyimizə iynə vurdular. İynə vurmamışdan əvvəl biz onlara dedik ki, boğaz mala iynə vurmaq olmaz. Onlar təkidlə dedilər ki, heç bir təhlükə yoxdur dabaq xəstəliyi əlehinə peyvəndi boğaz mala vurmaq olar.

Belə də oldu iynəni vurdular səhəri günü inəyimiz ölü bala doğdu. İnəkdə iynəyə görə zəhərlənmə getdi. Tanıdığım bir-neçə şəxslərə məxsus mal-qara bu peyvənddən sonra zəhərlənib, ayağı tutulub, ölü bala doğub. Hətta həmin günü bizə məxsus 3 baş mala dabaq əlehinə peyvənd vurulsada akt tərtib edib bizim malın sayını 6 baş qeyd ediblər ki, bunu da dövlətin ayırdığı vəsaiti talamaq üçün ediblər".

Sosial şəbəkələrdə yer alan digər məlumatda bildirilir: “Dövlət Baytarlıq Nəzarəti Xidmətinə mal-qaranın müalicə-profilaktika tədbirlərinə ayrılan büdcə vəsaiti Xidmətin rəisinin vəzifəsini müvəqqəti əvəz edən Azər Süleymanov tərəfindən talan edilir. Belə ki, rəhbəri erməni Qor Rafaeloviç Xeçoyan olan «Meqavet» şirkətinin nümayəndəsi Gürcüstan vətəndaşı Kənd Təsərrüfatı Nazirliyində büdcədən ayrılan 2.5 mln manatın 35 faizinin geri qaytarılmasına (“Otkat”) razlıq verdikdən sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən tenderin ”qalibi” oldu. Bundan sonra «Meqavet» şirkəti heyvanlar üçün ucuz qiymətə yararsız vaksinlər alıb gətirdi. Buna görə də Respublikada əhalinin malqarası dabaq xəstəliyinə yoluxmuşdur”.

Bu saxtakarlığa qarşı heç bir tədbir görülmədiyindən «Meqavet» şirkəti Azər Süleymanovla birgə maxinasiyanın “ahəngini” pozmayaraq əvvəlki maxinasiyalarını ört-basdır etmək üçün 2016-cı ildə şirkətin adını dəyişərək bu dəfə “EKSPOVET” adı ilə keçirilən tenderin “qalibi” oldu.

Həmin keyfiyyətsiz vaksinin heyvanlara vurulması nəticəsində də Ucar rayon sakini Cəbrayılov Abbas Malik oğlunun şikayətində qeyd etdiyi kimi “dabaq əlyhinə vaksinin tətbiqindən sonra onun və qonşularının heyvanlarında balaatma, ayaqlarda iflic baş vermişdir”.

Həmçinin PİA.az-da 10.11.2016-cı ildə “Azər Süleymanov bu millətin axrına çıxır” başlığı altında gedən məqalədə deyilir: “Dövlət Baytarlıq Nəzarəti Xidmətində olan mənbəmiz bildirir ki, hər il vaksinlərin alınması üçün külli miqdarda vəsait ayrılır. Bu vəsaitin üçdə iki hissəsi bir qayda olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən mənimsənilir. Və təbii ki, mənimsənilən vəsait Kənd Təsərrüfatı Nazirliynin məsul rəhbərləri ilə bölüşdürülür. Vəsaitin üçdə bir hissəsinə isə vaksin və digər dərman pereparatları alınır və rayonlara göndərilir”.

Ölkəyə keyfiyyətsiz vaksinlərin gətirilməsinin, xəstəliklərlə mübarizənin yarıtmaz olmasının acı nəticəsidir ki, səhiyyə orqanlarından əldə edilən məlumata əsasən insanlar arasında heyvan və məhsullarından yoluxan vərəm, xlamidioz və brusellyoz xəstəlikləri yayılmaqdadır.

Gənc ailələr illər həsrəti ilə övlad, nəslin davamçısını gözlədikləri halda, Azər Süleymanovun onlara yedirdiyi heyvandarlıq məhsullarından brusellyoza, xlamidioza və s. xəstəliklərə yoluxaraq nəticədə sonsuzluq yaratması bu gün onun rəhbərlik etdiyi qurumun insanlar üçün yaratdığı yeganə təhlükə deyil...
11 may 2016-cı il tarixində RTV (Region TV) –də xəbər verilir ki, 2016-ci il-də Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə müraciət edənlərdən 10 nəfərində brusellyoz xəstəliyi aşkarlanıb. Xəstələyə yoluxanlar arasında Xaçmaz, Quba və Şabran rayonlarının sakinləri var. Ötən il isə 14 nəfərdə brusellyoza yoluxma faktı qeydə alınıb.

Dövlətimiz əhalinin sağlamlığı istiqamətində müxtəlif dövlət proqramları işləyərək həyata keçirir. Azər Süleymanov isə şəxsi maraqlarına görə xaricdən brusellyoz, vərəm, xlamidioz, Nodulyar dermatitlə yoluxmuş xəstə heyvanlar alıb gətirilməsinə göz yumur. Azər müəllimin təzyiqi altında olan Respublika Baytarlıq Laboratoriyasında aşkar edilən yoluxucu xəstəliklər gizlədilir. Buda insanların heyvanlardan keçə bilən xəstəliklərə, xüsusən sonsuzluq xəstəliyinə düçar olmasına səbəb olur.

Bundan başqa, baytarlıq sistemində olan neqativ halların nəticəsidir ki, mənşəyi düşmən ölkədən olan məhsullar Azərbaycana yol açır

Yeniçağ.az-da (15.02.2017-ci il) yer alan “Ermənistan heyvanları Azərbaycan bazarında - Gürcüstan üzərindən ölkəmizə qarşı qida terroru” başlığı altında gedən məqalədə deyilir: ... “bu gün xaricdən gətirilən bir çox ərzaq məhsulları Azərbaycan vətəndaşının sağlamlığına ziyan vurmaqla yanaşı, həm də müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Belə diqqət çəkən qidalardan biri də ət məhsullarıdır. Bildiyimiz kimi ölkəyə iri və xırda buynuzlu heyvanlar gətirilir. Bu heyvanların haradan gətirilməsinə isə heç kim diqqət yetirmir. Bir çox işbazlar isə bu məqamdan istifadə edərək, hətta bədnam qonşumuz Ermənistandan da iri və xırda buynuzlu heyvanlar gətirirlər.

Rayonlarda apardığımız araşdırmalar zamanı məlum olub ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon şöbələri və baytar məntəqələri vaksinləri özəl apteklərdə satıdırır və pullarını ciblərinə qoyurlar. Heyvanlar isə ancaq bir halda-heyvan sahibləri özləri baytarlara müraciət etdikdə və buna görə pul ödənildikdə peyvənd olunur”.

Medya olaraq bildirək ki, AR Nazirlər Kabinetinin təsdiq etdiyi “Siyahı”da göstərilən xəstəliklərin profilaktikası və ləğvi dövlətin vəsaiti hesabına aparılmalıdır. Bunun üçün heyvan sahibi pul ödəməməlidir.

Ancaq məsələ orasındadır ki, baytarların heyvanlara vurduqları vaksinlərin elə də təsiri olmur. Elə o üzdən də rayonlarda dabaq, qarayara, bruselyoz və xlamidioz xəstəlikləri tüğyan edir. Bu isə xüsusi təhlükə mənbəyidir. Çünki bu tipli xəstəliklər insanların heyvanlarla gündəlik təmasından keçdiyi kimi, eyni zamanda yaxşı bişirilməmiş süd və ət məhsullarından insanlara keçir”.

Bundan başqa, Araşdırmaçı-jurnalist Ələddin Kəsəmənli TalkTv Azerbaijan-a bildirib (YouTube.com-da bax-red): “saxta baytarlıq sertifikatları ilə Azərbaycana Ermənistandan vərəmli ət gətirilir” İddiada daha sonra bildirilir ki, bu sahə tamamilə başlı-başına buraxılıb: “iş adamı Dadaş Şükürovun adına verilmiş saxta baytarlıq sertifikatları ilə hər ay (2017-ci ilin 26 yanvar və 2 fevral tarixlərində hər dəfə də 250-300 baş) Gürcüstan vasitəsilə Ermənistan heyvanları Azərbaycana keçirir. Və beləliklə Paytaxt sakinlərinə vərəmli xəstə mal əti satılır. Verilən suallara isə Dövlət Baytarlıq Nəzarəti Xidmətindən münasibət bildirilməkdən boyun qaçırdı. Nəticə isə budur ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti də bu oyunun oyunçusudur”. İddiada belə deyilir.

Deməli, qanunsuz əməllərinə görə cəzasızlıqda qalan Azər Süleymanov maxinasiya yolu ilə sərvətlər qazanmaq naminə, ölkəmizi heyvan xəstəlikləri təhlükəsi ilə üz-üzə qoyacaq...?

Bu alverdə əl qızdıran kimlərdir? Kimlər qazanır belə iyrənc və qanunsuz alverdən? Mənşəyi məlum olmayan ətlərin üzərinə baytarlıq idarələrinin möhürü və rəsmi sağlamlıq arayışları necə verilir?

Azər Süleymanov nəzarətində olan vet.gov.az saytında sosial medyada, televiziya ekranlarında əks etdirilən faktlarla dolu sübutları “qırmızıca” inkar edərək, “əsassız”, “faktlara söykənməyən” adlandırır.

Baş verən olaylar isə Azər müəllimin inkar etdiklərinin əksini ortaya qoyur: “Güya ki, Azər Süleymanovla “Meqavet” sonra isə adı dəyişdirilərək “EKSPOVET” lə “birgə işi” və s. korrupsiya əməlləri inək südü kimi “ağ-appaq”dır.

Bundan əlavə, vet.gov.az-da Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının maliyyə dəstəyi ilə "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" Tvinninq layihəsi həyata keçirilməsi barədə məlumat yayımlanmışdır.

Məlumatla bağlı oxucularımıza bildirək ki, 2014-cü ildə Dövlət Xidmətinin yenə də Tvinninq Layihəsi çərçivəsində Avropa İttifaqının vəsaiti hesabına dəyəri 2 mln. avro olan layihə əsasında “Dövlət Baytarlıq Xidmətində Kənd Təsərrüfatı Heyvanlarının İdentifikasiyası və Təsərrüfatların qeydiyyatı Konsepsiyası” hazırlanmışdır. Həmin konsepsiya bu gün icra edilmir. Görəsən, Azər müəllimdən soruşulurmu ki, niyə həmin Konsepsiya bu günə kimi icra edilmir?

Kim zəmanət verə bilər ki, Azər müəllim "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" bu yeni layihəni də pis günə qoymayacaq?

Xatırladaq ki, Azər Süleymanov barədə mətbuatda zaman-zaman ciddi faktlara əsaslanan tənqidi materiallar əksini tapıb. Təbii ki, tənqiddən nəticə çıxarmamağı ölkənin baş baytarı Süleymanovun gələcək perespektivi üçün maneəni də həmin faktlar yaradacaq.

Bu günlərdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəsmi saytı olan www.vet.gov.az-da Azər müəllimin Aztv-yə verdiyi video-müsahibəsi yayımlanmışdır.

Müsahibədə büdcə vəsaiti hesabına alınmış biopreparatların satışının qarşısını almaq məqsədilə vaksinlərin üzərində qırmızı hərflərlə “SATILA BİLMƏZ” sözləri yazılmış flakonlar” nümayiş etdirilib.

Azər müəllimin faktiki fəaliyyətinin nəticəsi kimi bu videoda Azərin qanunsuz hətəkətləri nəticəsində əsaszız işdən çıxarıldığı üçün ürəyi partlayaraq vəfat edən Ağcabədi Rayon Baytarlıq Idarəsinin rəisi Savalan Xudiyevdən tutmuş, “Təzə bazar” MMC-nin müdiri tərəfindən verilmiş iddiaların məhkəmə qətnamələri, peşəkar mütəxəssislərin şikayət ərizələri, səbəbsiz işdən azad edilmiş insanların tərcümeyi-halları, sahibkarların xəstəliklərdən kütləvi tələf olmuş mal-qarasının fotoları, video-görüntüləri nümayış etdirilməli idi.

Bu adamdan soruşan yoxdur ki, ay Süleymanov sənin bu nümayiş etdirdiyin dərman maddələrindən nələr qazanırsan? Sahibkarlardan “Leş ət satırsan” adı ilə şərləyərək rüşvət alırsan.

Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş verən olaylar barədə KİV-də bu və ya bundan öncə gedən məqalələrin başlıqları müxtəlif olsada nəticəsi bir məqsədə xidmət edir: Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin korrupsiya, rüşvətxorluq, qohumbazlıq və s. neqativ hallarla barışmaz mübarizəsinə ictimayyət olaraq kömək etməkdir.

Ortada korrupsiya əməli, bu korrupsiyanı təsdiqləyən sənəd və araşdırılası ünvan varsa, hər halda Prokurorluq orqanları bunu araşdırmalıdır.

ulus.az

Şərhlər

XƏBƏR LENTİ