XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Eks nazirin qovduğu xidmət rəisinə vəzifə verildi

Eks nazirin qovduğu xidmət rəisinə vəzifə verildi

Eks nazirin qovduğu xidmət rəisinə vəzifə verildi
3-05-2018, 10:33

Uzun müddətdir ki, vəzifəsiz qalan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ( DBNX) eks rəisi Siyalə Rüstəmova yeni yaradılan dövlət qurumunda işlə təmin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, DBX-nin eks rəisi Siyalə Rüstəmova Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin əmri ilə bu qurumda işlə təmin edilib.

Belə ki, Q.Təhməzli eks rəisə rəhbərlik etdiyi qurumda baş məsləhətçi vəzifəsini həvalə edib.

Məsələ ilə bağlı Siyalə Rüstəmova faktı sayıtımıza faktı təsdiqləyib.

Qeyd edək ki, 8-09-2015-ci il tarixində, eks kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ( DBNX) rəisi Siyalə Rüstəmova vəzifəsindən azad edilib.Eks nazir S.Rüstəmovaya Sumqayıt şəhər baytarlıq idarəsinə rəis vəzifəsinə təyin etsədə sonradan müəyyən adlarla onu vəzifədən də kənarlaşdırıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.