XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Vüqar Səfərliyə cinayət işi açılmalıdır...” - İTTİHAM

"Vüqar Səfərliyə cinayət işi açılmalıdır...” - İTTİHAM

"Vüqar Səfərliyə cinayət işi açılmalıdır...” - İTTİHAM
6-04-2020, 10:29

Məşhur hüquqşünas Aslan İsmayılov KİVDF-nin vəzifəsindən azad olunan rəhbəri Vüqar Səfərliyə cinayət işinin açıqlması təşəbbüsü ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, o V. Səfərlinin vəzifədən azad olunmasını yaxşı addım hesab edir:

“Ancaq uzun illər Azərbaycan mətbuatını məhv edən, ondan “reket dəstəsi” düzəldib insanları terror etdirən, əxlaqsızlıq tirajlayan, büdcənin milyonlarını talayan, şəhid ailələri, müharibə əlilləri kirayədə yaşadıqları zamanda dövlət hesabına həyasız, reket jurnalistləri rüşvət müqabilində evlə təmin edən, Əli Həsənovun pul kisəsi olan birisinin beləcə rahat getməsi yolverilməzdir.

500-1000 manata görə müəllimlər, həkimlər, biznes adamları haqqında cinayət işi başlayıb istintaq aparan Respublika Prokurorluğunun Korrupsiya ilə Mübarizə İdarəsinin əsl işi belələri ilə olmalıdır ki, büdcədən oğurlanmış yüz milyonları sahibinə qaytarsın. Bu tipin də aid olduğu cinayətkar dəstəni ifşa etsin. Bu edilməyəcəksə, bu sərəncam sadəcə oğurlanmış milyonların üstünü örtməkdir.

Bax indi əsl vaxtıdır ki, iş adamlarından məcburən Koronavirusla mübarizə Fonduna pul yığdırmaq əvəzinə belələrinin hesabına bu gün pis vəziyyətdə olanlara kömək edilsin”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.