SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 18 yaşdan aşağı şəxslər icazə almalıdır? - AÇIQLAMA

18 yaşdan aşağı şəxslər icazə almalıdır? - AÇIQLAMA

Tarix:

4-04-2020, 11:56

/ 1 885 dəfə oxundu.
18 yaşdan aşağı şəxslər icazə almalıdır? - AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargah sabahdan qüvvəyə minəcək SMS vasitəsilə icazə almaq mexanizminin bəzi detallarını açıqlayıb.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Real Tv-yə müsahibəsində bildirib ki, 18 yaşa çatmamış vətəndaşların evdən çıxarkən icazə alması qərarda öz əksini tapmayıb:

"Bu barədə konkret qərar göstərilməyib. Dünyada elə qanunlar yoxdur ki, həyatın bütün sferasını nəzərdə tutsun. Burada məsələ belədir ki, 18 yaşdan aşağı şəxslər ola bilər ki, küçəyə çıxa bilsin, marketə, aptekə gedə bilərlər. Bunu ailə tənzimləməlidir".

Şərhlər

XƏBƏR LENTİ