XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda 65 yaşdan yuxarı şəxslər evdən çıxa biləcək - RƏSMİ

Azərbaycanda 65 yaşdan yuxarı şəxslər evdən çıxa biləcək - RƏSMİ

Azərbaycanda 65 yaşdan yuxarı şəxslər evdən çıxa biləcək - RƏSMİ
15-05-2020, 17:01

Azərbaycanda 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.