XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Polis Abşeron və Sumqayıtda postlar qurdu

Polis Abşeron və Sumqayıtda postlar qurdu

Polis Abşeron və Sumqayıtda postlar qurdu
1-04-2020, 17:44

"Xəbərdarlıqlara baxmayaraq, zərurət olmadığı hallarda vətəndaşların evdən çıxaraq, istər avtomobillə, istərsə də piyada və avtobusla hərəkətində intensivlik azalmır".

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətıə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Abşeron rayonunun Xırdalan şəhərində və digər qəsəbələrində, həmçinin Sumqayıt şəhərində polis postları qurulub.

"Postlarda vətəndaşların sənədləri yoxlanılaraq, zərurət olmadığı təqdirdə hərəkət etmələrinə nəzarət olunacaq və qarşısı alınacaq. Bir daha vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etməyə çağırır və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün evdə qalmağa çağırırıq" - deyə, K.Əliyev bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.