Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ
Sərt karantin elan olunan ərazilərdə küçələrdə hərəkətə nəzarət gücləndirilib. Karantin postlarının hələlik şənbə və bazar günləri fəaliyyət göstərməsi nəzərdə tutulub, amma zərurət olarsa, həmin postlar iş günləri də fəaliyyət göstərə bilər və ya yeri də dəyişdirilə bilər. Bir daha qeyd edirəm ki, həmin postlar marşrut postları ilə də əvəz oluna bilər. Yəni bu ümumilkdə şəraitdən asılıdır.
Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polos polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bununla əlaqədar küçə və ərazilərdə hərəkət iştirakçıları ciddi yoxlanılır: "Bilirsiniz ki, karantin elan olunan ərazilər sırasına daha 8 şəhər və rayon əlavə edilib. Bu gündən artıq metro da fəaliyyətini dayandırıb. Həmçinin 3 həftə ərzində şənbə və bazar günləri ictimai nəqliyyatın da fəaliyyəti məhdudlaşdırılır. Artıq bəzi ərazilərdə karantin postları quraşdırılıb. Bir çox ərazilərdə karantin postları yığışdırılsa da, bəzi yerlərdə marşrut postları fəaliyyətini bərpa edib. Əraziyə Daxili İşlər Nazirliyi əməkdaşları ilə yanaşı Daxili Qoşunların hərbi qulluqçuları da cəlb edilib və marşrutlar üzrə nəzarəti daha da gücləndirəcəklər. Ona görə də hərəkət iştirakçılarından xahiş edirik ki, müvafiq icazələri olmadan və ciddi zərurət yaranmadan yaşayış yerlərini tərk etməsinlər. Əks halda həmin şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar".

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı