"Palmali" qrupunun yaradıcısı Mübariz Mənsimov həbs edildi
Türkiyədə, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində "Palmali" qrupunun yaradıcısı Mübariz Mənsimov tutulub...
Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovun köməkçisi Fidan Quliyeva M.Mənsimovun saxlanılmasını təsdiqləyib.
F.Quliyeva deyib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.
***
“Palmali Group” şirkətinin təsisçisi, əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, o, bu gün səhər İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən saxlanılıb.
Şübhəli şəxs kimi saxlanılan iş adamın evində axtarış aparılıb.
Bildirilir ki, "Palmali Group" şirkətinin təsisçisi FETÖ istintaqı çərçivəsində saxlanılıb və onun olduğu ünvanda axtarışlar aparılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...