SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bahar Muradovanı əvəz edəcək vitse-spikerin kimliyi bilindi - İDDİA

Bahar Muradovanı əvəz edəcək vitse-spikerin kimliyi bilindi - İDDİA

Tarix:

9-03-2020, 16:25

/ 1 281 dəfə oxundu.
Bahar Muradovanı əvəz edəcək vitse-spikerin kimliyi bilindi - İDDİA

Sabah növbədənkənar formalaşmış Milli Məclisin ilk iclası öz işinə başlayır.

Gununsesi.org-un xəbərinə görə, ilk sessiyada parlamentin sədri və onun müavinləri, həmçinin komitələrin rəhbərləri seçiləcək. Milli Məclis sədrliyində gözlənilən dəyişiklik sabiq vitse-spiker Bahar Muradovanın postu ilə bağlı olacaq.

Saytımızın əldə etdiyi xəbərə görə, bu posta Hicran Hüseynova gətiriləcək. Bu dəfə seçkidən kənarda qalan Valeh Ələsgərovu əvəz edəcək şəxsin adı isə gizli saxlanılır.

Başqa bir məlumatda isə sədr postunda dəyişiklik olmayacağı və Oqtay Əsədova yenidən etimad göstəriləcəyi bildirilir.

Şərhlər

XƏBƏR LENTİ