SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Milli Məclisin ilk plenar iclası başladı

Milli Məclisin ilk plenar iclası başladı

Tarix:

10-03-2020, 10:25

/ 880 dəfə oxundu.
Milli Məclisin ilk plenar iclası başladı

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

İclasa sədrliyi parlamentin ən yaşlı deputatı - Fəttah Heydərov edir.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

Şərhlər

XƏBƏR LENTİ