XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bir “jeton”luq “reklam” – Nazir müavini nədən narahatdır?

Bir “jeton”luq “reklam” – Nazir müavini nədən narahatdır?

Bir “jeton”luq “reklam” – Nazir müavini nədən narahatdır?
4-03-2020, 11:02

İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayevin ictimai nəqliyyatdan istifadə etdiyi barədə xəbər dünən bir sıra xəbər saytlarında yayımlandı.

Qlobal.az-ın əldə etdiyi məlumata görə uzun illər Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində çalışan, daim mətbuat nümayəndələrinə və eləcə də iş adamlarına qapalı olan Şirzad Abdullayevin qəfil metroda peyda olması və kameraya tuş gəlməsi, sonradan bu fotonun xəbər saytlarına ötürülərək tirajlanmasının arxasında bir sıra ciddi mətləblərin dayandığı deyilir.
Məlumata görə Şirzad Abdullayevin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru çalışdığı dövrdə adı bir sıra maxinasiyada hallanıb. Sahibkarlığa Kömək Milli Fondunun aqrar sektora ayırdığı milyonlarla vəsaitlər sonradan bəzi vəzifəli şəxslər tərəfindən mənimsənilib.

Hazırda İqtisadiyyat Nazirinin müavini olan Şirzad Abdullayevin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direkotoru vəzifəsində çalışdığı vaxtlara aid müxtəlif iş adamları tərəfindən aidiyyatı qurumlarda çoxsaylı şikayətlərin olduğu bildirilir. Bu şikayətlərin bəzilərinin ətrafında hələ də araşdırma aparıldığı, buna görə də nazir müavinin ciddi narahat olduğu iddia olunur.

Nazir müavinin metroda “təsadüfi” şəklinin çəkilərək, xəbər saytlarında manşetə daşınmasının arxasında onun “daim xalqın içində olan məmur” obrazının yaranmasından daha çox, yuxarı instansiyaların qəlblərinin “sarı simi”nə toxnmaq dayandığı deyilir.
Bir “jeton”luq “reklam” – Nazir müavini nədən narahatdır?

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.