SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İcra Hakimiyyəti başçını “sildi”... - həbs edilən müavini isə...

İcra Hakimiyyəti başçını “sildi”... - həbs edilən müavini isə...

Tarix:

26-02-2020, 12:25

/ 1 051 dəfə oxundu.
İcra Hakimiyyəti başçını “sildi”... - həbs edilən müavini isə...

Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla saxlanılan rayonun icra başçısı İsmayıl Vəliyevin adı icranın rəsmi saytından çıxarılsa da, onunla birgə həbs edilən icranın digər əməkdaşlarının adları hələ də saytdadır.

Axar.az xəbər verir ki, başçının birinci müavini Vurğun Əkbərov da “virtual olaraq” vəzifədə, faktiki isə həbsxanadadır.

Həmçinin başçının digər müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova da adı saytdan çıxarılmayıb. Halbuki G.Sadıqova məlum əməliyyatdan sonra tutduğu vəzifədən azad edilib və icra hakimiyyətindəki otağı da artıq boşaldılıb.

Xatırladaq ki, 20 fevral tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, eləcə də Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıb.

Saxlanılanlar barədə Səbail Rayon Məhkəməsi həbs qərarı verib.

Şərhlər

XƏBƏR LENTİ