SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rəcəb Babaşovun maşını meydan suladı - VİDEO

Rəcəb Babaşovun maşını meydan suladı - VİDEO

Tarix:

12-04-2017, 15:26

/ 61 572 dəfə oxundu.
Rəcəb Babaşovun maşını meydan suladı - VİDEO

Bəzi sürücülər tez-tez əks yola çıxaraq digərlərinə maneə yaradırlar. Analoji hallar daha çox tıxac olduğu zaman baş verir. Səbirsiz sürücülər isə tıxadan qurtulmağın yolunu qarşı tərəfin zolağına çıxmaqda görür. Oxucumuz maraqlı bir video göndərib. Görüntülər Bakıxanov küçəsində qeydə alınıb. Belə ki, Bakıxanov küçəsi ilə hərəkət edən sürücü (Zooparkın yanı) qəflətən qarşısında 10 HA 077 dövlət nömrə nişanlı BMW markalı avtomobili görür. Avtomobil qarşı zolağa çıxaraq onun yolunu kəsib. Yolu kəsən sürücünün sağı dolu olduğu üçün o zolağı dəyişə bilmir. Yolunu kəsdiyi sürücü isə məcbur olub sağ zolağa keçməli olur. Beləliklə də həm təhlükəli vəziyyət, həm də tıxac formalaşır.
Daxil olan məlumatlardan aydın olur ki, sözügedən maşın keçmiş vergi işçisi, hazırda Qazax rayon icra hakimiyyətinin başçısı ola Rəcəb Babaşova və onun ailə üzvlərinə məxsusdur.

Həmin videonu təqdim edirik:
Avtosfer

Şərhlər

XƏBƏR LENTİ