Sizin də qarşınıza belə özündənrazı sürücü çıxa bilər – VİDEO
Bakının "Şamaxınka" adlanan ərazisində - Moskva prospektində öz zolağıyla hərəkət edən sürücünün qarşısına qəfil sağdan avtomobil çıxaraq ona qəza şəraiti yaradıb. Bu barədə görüntüləri elə həmin sürücü göndərib. Videodan da məlum olur ki, qəza şəraiti yaradan 99-GN-309 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolun birləşən yerində sağ zolaqla hərəkət etmək əvəzinə güzgüyə baxmadan dərhal orta zolağa keçərək həmin zolaqda gedən avtomobilə qəza şəraiti yaradıb. Hələ bu azmış kimi, ona etiraz edərək siqnal verən sürücüyə də əli ilə qabaqdangəlmişlik işarəsi edir...
Qeyd etdiyimiz yerdə əksər sürücülər yola bu qaydada daxil olurlar ki, bu da həm qayda pozuntusudur, həm də təhlükə. Qəzalar sırf bu cür səhvlərin nəticəsində baş verir. Bu qaydanı pozan sürücü 40 manat məbləğində cərimə edilə bilər.
Avtosfer.az

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb