SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputat: “Hamı namizəd olmaq istəyir, Milli Məclis kinoteatrdır?”

Deputat: “Hamı namizəd olmaq istəyir, Milli Məclis kinoteatrdır?”

Tarix:

17-12-2019, 10:38

/ 1 104 dəfə oxundu.
Deputat: “Hamı namizəd olmaq istəyir, Milli Məclis kinoteatrdır?”

Eldar Quliyevdən irad...
Milli Məclisin bitərəf deputatı Eldar Quliyev vətəndaşların 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində kütəvi şəkildə namizədliklərini irəli sürmələrinə iradını bildirib.

E.Quliyev Pravda.az-a açıqlamasında deyib ki, Milli Məclis ciddi dövlət strukturudur.

Deputat qeyd edib ki, namizədlik irəli sürərkən düşünmək lazımdır: “Deputat elə insanlardan olmalıdır ki, faydası olsun. Deputatlığa namizədin savadı, dünyagörüşü, təcrübəsi olmalıdır. Yoxsa kim istəyir, namizədliyini irəli sürür. Bu, düzgün deyil. Hamı namizəd olmaq istəyir, Milli Məclis kinoteatrdır? Düzdür, buna qanunvericilikdə məhdudiyyət yoxdur... Savadlı gənclər çoxdur, biz onların namizəd olmasını istəyirik”.

E.Quliyev özünün namizəd olub-olmaması ilə bağlı qərar qəbul etmədiyini bildirib.

Şərhlər

XƏBƏR LENTİ