SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kamilə Əliyeva üçün deputatlıq yolu açılır: Bazar müəllimi, təsərrüfatçı, işsiz…

Kamilə Əliyeva üçün deputatlıq yolu açılır: Bazar müəllimi, təsərrüfatçı, işsiz…

Tarix:

29-01-2020, 09:51

/ 933 dəfə oxundu.
Kamilə Əliyeva üçün deputatlıq yolu açılır: Bazar müəllimi, təsərrüfatçı, işsiz…

111 saylı Zaqatala-Balakən seçki dairəsində yenə Kamilə Əliyevanın deputat seçilməsi üçün yollar açılır.

Reportyor.info xəbər verir ki, YAP-ın namizədi olan K.Əliyevanın bu dairədə rəqiblərindən biri Zaqatala hidrometeroloji stansiyasının rəisi Sərxan Abdilovdur. Kor-kor, gör-gör ki, stansiya rəisi imitasiya xatirinə namizədliyi irəli sürülüb.

Digər namizəd Bazar kənd orta məktəbinin müəllimi Rüxsarə Əhmədovadır. Bundan başqa, Tağıyev adına 123 saylı məktəbdə hərbi rəhbər Çingiz Nəbiyev, fərdi təsərrüfatçı İlkin Soltanov, işsiz Ülkər Vəliyeva, AMEA-nın işçisi İradə Zərqanayevadır.

K.Əliyeva ötən çağırışda passiv deputatlardan olduğu, seçicilərlə görüşmədiyi, problemləri ilə maraqlanmadığı deyilir.

Şərhlər

XƏBƏR LENTİ