SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Könül Nurullayevanı parlamentə kimlər seçdirir? – İddia

Könül Nurullayevanı parlamentə kimlər seçdirir? – İddia

Tarix:

27-01-2020, 10:22

/ 1 129 dəfə oxundu.
Könül Nurullayevanı parlamentə kimlər seçdirir? – İddia

24 saylı Nizami rayon birinci seçki dairəsi deputatlığa namizədləri ilə olduqca maraq kəsb edir. Bu dairədə bir neçə namizədin deputatlıq şansları olsa da, bir nəfərin piar kampaniyası daha yüksək səviyyədə gedir.

Reportyor.info xəbər verir ki, “Eventoc” tədbir əməliyyat komitəsinin baş direktor müavini Könül Nurullayevanın təbliğat kampaniyası və reklamı müzakirələrə səbəb olub.

Bu günə kimi ictimai fəaliyyəti ilə tanınmayan, adı heç nə deməyən Könül Nurullayeva qəfildən 24 saylı dairədə görünməyə başlayır. Açığı, onun müavini olduğu müəssisənin də adını oxucular yəqin ki, ilk dəfə görürlər.

Vikipedik məlumatda isə qeyd olunub ki, K.Nurullayeva Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Avropa Olimpiya Komitəsinin “İdmanda Gender Bərabərliyi” Komissiyasının üzvüdür.

O, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, “Bakı 2020” Təşkilat Komitəsinin icraçı direktoru, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibidir.

Bir sözlə, onun fəaliyyəti olimpiya oyunları ilə əlaqəlidir. Bu dairədən rəqibləri isə heç də zəif namizədlər deyil.

Belə ki, YAP-dan namizədliyi irəli sürülən “SOCAR PETROLEUM” QSC-də baş direktorun innovasiyalar üzrə müavini Elnur Mustafayev Könül Nurullayeva ilə ciddi rəqabətə girişəcək.

SOCAR-ınNeft Kəmərləri İdarəsinin dispetçer xidməti rəisi Ramil Rüstəmov, Müsavat Partiyasının namizədi, BDU-nun professoru, tarxiçi-alim Nəsiman Yaqublu 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa iddialıdırlar.

Lakin K.Nurullayevaya açıq şəkildə inzibati resurslardan istifadə edilərək, dəstək verilir, vəzifəli şəxslər onun görüşlərində iştirak edirlər.

İddialara görə, bu gənc, baxımlı və gözəgəlimli xanıma yüksək səviyyədə “stavka” olunur və onun parlamentə düşməsi üçün Nizami rayon ərazisindəki bütün imkanlar, resurslar səfərbər olunub.

Şərhlər

XƏBƏR LENTİ