“Hicran Hüseynova pis işləmir...” – Müsavatçı namizəd təzyiqlərdən yazdı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin namizədlik verdiyi dairədə 12 nəfər geri çəkilib...
PİA.az xəbər verir ki, Müsavat Partiyasının Sumqayıt 41 saylı birinci seçki dairəsindən deputatlığa namizədi Könül Ali ötən günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın ona namizədliyini geri çəkməsi ilə bağlı təzyiq etdiyinə dair öz feysbuk səhifəsində yazmışdı. Bu gün isə məlum olub ki, həmin dairədən 12 nəfər öz təşəbbüsü ilə namizədlikdən imtina edib. Maraqlıdır ki, bu şəxslər arasında adı ictimaiyyətə də tanış olan sabiq Maliyyə naziri Fikrət Yusifov da var. Qeyd edək ki, sabiq nazirin namizədliyi Ana Vətən Partiyası tərəfindən irəli sürülmüşdü.
Baş verənlər haqqında Könül Alı öz feysbuk səhifəsində belə yazıb: “Sumqayıt 41 saylı birinci seçki dairəsindən deputatlığa namizədliyini verən şəxslərdən 12-si namizədliyini geri götürdü, bir nəfərin namizədliyini isə DSK ləğv etdi.
Geri çəkilənlərin içərisində sabiq Maliyyə naziri Fikrət Yusifov da var.
Yox, Hicran Hüseynova pis işləmir.
Belə maraqlı.”
Qeyd edək ki, Sumqayıt 41 saylı birinci seçki dairəsindən Hicran Hüseynova və Könül Alıdan başqa tanınmış həkim Vasif İsmayıl da öz namizədliyini irəli sürüb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək