XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Daha bir gənc deputatdan “ÇP” - FOTO

Daha bir gənc deputatdan “ÇP” - FOTO

Daha bir gənc deputatdan “ÇP” - FOTO
18-04-2020, 11:08

Deputat Könül Nurullayeva sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gəlib.

Bizimxeber.az xəbər verir ki, buna səbəb Könül Nurullayevanın ehtiyarsız fikirləri olub. Deputatın paylaşımlarından birinin altında ona belə bir sual ünvanlanıb: “Könül xanım, siz hansı dairədən millət vəkili təyin olunmusunuz?”

Deputat sualın fərqinə varmadan “24 saylı Nizami birinci seçki dairəsindən” deyə cavab verib. Sosial şəbəkə istifadəçiləri isə bu cavabı Könül Nurullayevanın təyinatlı deputat olduğunun etirafı kimi qiymətləndiriblər.

Sualı ünvanlayan istifadəçinin məqsədli şəkildə “seçilmisiniz” ifadəsini “təyin olunmusuzla” əvəz etməsi bəlli olmasa da, Könül Nurullayevanın bu məqama diqqət yetirməməsi kifayət qədər ciddi “ÇP”dir. Könül Nurullayevə fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində mandat qazanıb. Bu onun debütüdür. Yəni, Könül Nurullayeva yeni deputatlar kateqoriyasına aiddir.

Qeyd edək ki, xanım Nurullayevadan əvvəl deputat Ramil Həsən tənqidə məruz qalmışdı. Yazdığı statusda qrammatik səhvlərin çox olması deputat üçün başağrısına çevrilmişdi.
Daha bir gənc deputatdan “ÇP” - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.