XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Abşeronda 20 Yanvar şəhid ailələri və əlilləri ilə görüş keçirildi - FOTO

Abşeronda 20 Yanvar şəhid ailələri və əlilləri ilə görüş keçirildi - FOTO

Abşeronda 20 Yanvar şəhid ailələri və əlilləri ilə görüş keçirildi - FOTO
18-01-2020, 15:41

Bu gün Abşeron rayon İcra Hakimiyyətində 20 Yanvar hadisələrinin 30-cu il dönümü ilə əlaqədar olaraq həmin hadisələrdə şəhid olan insanların ailələri və əlilləri ilə görüş keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova faciə haqqında danışıb. O qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini, əzmini qırmağa, onu qorxutmağa hesablanmış, məqsədyönlü şəkildə atılan addım olub. Lakin xalqımız öz müstəqilliyi, azadlığı yolundan dönməmiş, iradəsini və əzmini ortaya qoyaraq müstəqillik əldə etmişdir. Bu faciənin qurbanlarının unudulmadığını, hər il minlərlə insanın Şəhidlər Xiyabanına yürüş etdiyini xatırladan icra başçısı 20 Yanvar hadisələrinin bir daha baş verməməsi üçün xalqımızın bir olması və öz düşmənlərinə qarşı dünya azərbaycanlılarının birgə mübarizə aparmasının vacibliyini qeyd edib.

Dünyada və eləcə də regionda baş verən hadisələrə diqqət çəkən İ.Gülməmmədova Azərbaycanda düşünülmüş siyasət nəticəsində sabitliyin hökm sürdüyünü və ölkəmizin inkişaf etdiyini vurğulayıb. Azərbaycan tarixində 20 Yanvar şəhidlərinin və əlillərinin böyük rolu olduğunu qeyd edən başçı əlavə edib ki, öz dövləti, öz vətəni üçün çalışan insanlar heç vaxt unudulmur, onlara hər zaman dövlət diqqət və qayğı göstərir.

Daha sonar şəhid ailələri və əlilləri çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin hər bir nüansdan üstün olduğunu, vətən üçün ölməyin şərəf gətirdiyini qeyd ediblər. Dövlətin olara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən çıxışçılar ölkə rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini ifadə ediblər.

Sonda 20 Yanvar hadisələri zamanı şəhid olan insanların ailələrinə və əlillərinə maddi yardım göstərilib.
Abşeronda 20 Yanvar şəhid ailələri və əlilləri ilə görüş keçirildi - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.