XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Lənkəranda şəhid ailələri ilə görüş

Lənkəranda şəhid ailələri ilə görüş

Lənkəranda şəhid ailələri ilə görüş
19-01-2017, 19:39

Ümumxalq hüzn günü olan 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı ölkənin hər yerində olduğu kimi Lənkəran şəhərində də anım mərasimləri, xatirə tədbirləri keçirilir.

xalqxeber.az-a İH-dən daxil olan məlumata görə, bu münasibətlə 19 yanvar 2016-cı il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətində 20 Yanvar şəhid ailə üzvləri və əlilləri ilə görüş keçirilib. Görüş Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra İcra başçısı Taleh Qaraşov görüşü açaraq 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu, bu hadisələr zamanı həlak olan insanların əsil vətənpərvərlər olduğunu diqqətə çatdırıb. Natiq qeyd edib ki, 20 yanvar faciəsi baş verərkən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gəlib bəyanatla çıxış edib bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. Təsadüfi deyil ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib. İcra başçısı prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 yanvar şəhid ailələrinə və əlillərinə dövlət qayğısının artdığını, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daima yaxşılaşdırıldığını qeyd edib.

Görüşdə çıxış edən şəhid ailə üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə cənab Prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəhidlərin il mərasimlərinin keçirilməsindən ötrü şəhid ailələrinə müvafiq yardımlar olunub.
Lənkəranda şəhid ailələri ilə görüş
Lənkəranda şəhid ailələri ilə görüş

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.