SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Sizə güvənimiz sonsuzdur!!!"

Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Sizə güvənimiz sonsuzdur!!!"

Tarix:

17-01-2020, 10:15

/ 901 dəfə oxundu.
Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Sizə güvənimiz sonsuzdur!!!"

47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd, DİA.AZ saytının baş redaktoru Məhəmməd Ərsoy (Zamanov) Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Cənab Prezident. İlk öncə bu gün ölkəmizdə cərəyan edən dövlət və idarəetmə prinsipləri yenilənməsinin böyük əksəriyyət tərəfindən alqışlandığını ali diqqətinizə çatdırmaq istəyirəm. Həqiqətən də müşahidə olunan yenilənmələr sosial siafriş kimi cəmiyyət tərəfindən rahatlıqla həzm edilməkdə, prosesin daha da əahtəli olması arzulanmaqdadır.

Qeyd etdiyim yenilənmənin Milli Məclislə bağlı siyasətdə də özünü göstərməsi mənim kimi dövlətini və millətini sevən Azərbaycan gənclərində yeni ümidlər oyatdı, desəm, yanılmaram.

Məhz bu gün hədəfə çevrilən KÖHNƏLƏRİN səbəbindən Sizin rəhbərliyiniz altında yürüdlən inkişaf siyasəti ciddi şəkildə büdrəmələrdən də keçmək zorunda qaldı və hələ də oxşar maneələr var və onlardan biri də köhnə Milli Məclis heyətinin əksəriyyəti idi.

Cənab Prezident. Mən 1995-ci ildən mətbuatdayam, müxtəlif dövrlərdə müxtəlif vəzifələr tutmuşam. 2005-ci ildə 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd olmuşam. Bütün Mingəçevir camaatı həmin tarixdə şəkksiz qələbəmi təsdiqləyər. Amma təəssüflər olsun ki, məhz dövlətə və dövlətçiliyə cılız maraqlar açısından yanaşan həmin KÖHNƏLƏR səbəbindən mənim QƏLƏBƏ HAQQIM, Mingəçevir sakinlərinin isə SEÇİM HAQQI tapdanmış oldu.

Cənab Prezident. Amma bütün bunlara rəğmən yenə də dövlətimə inamım sarsılmadı və bu gün baş verənlər də təsdiqləyir ki, mövqeyimdə haqlı olmuşam. Səbr etməli idik və bu gün Siz bir millət olaraq bizim hər birimizə uğurlu LİDER kimi yeni ümidlər vermisiniz.

Cənab Prezident! Bu gün Mingəçevirdən mübarizə apardığım dairəni deputat olaraq Aydın Mirzəzadə təmsil edir. 2005-ci ildən bu adamın timsalında Mingəçevir seçicilərinin seçim haqqı, bununla da dövlət idarəetməsində iştirakları CİDDİ ŞƏKİLDƏ sarsılmaqdadır. Yəni Aydın Mirzəzadə Mingəçevirdə öz şəxsi kimliyi ilə məhz bu gün Sizin siyasətinizlə dövlət idarəetməsindən dışlanan köhnələrin təcəssümü olaraq olduqca mənfi assosasiya doğurmaqdadır. Yəni adında "aydın" ifadəsi olsa da, bu adam QARANLIĞIN İFADƏÇİSİDİR!

Cənab Prezident! Mən Sizin çağırışınızla, Sizin yürütdüyünüz son siyasi dəstə-xəttə güvənərək 2005-ci ildən sonra yenidən eyni dairədən deputatlığa namizədliyimi irəli sürmüşəm. Sizə inamım sonsuzdur və Sizin siyasətinizin səmimiliyinə tam olaraq güvənirəm.

Cənab Prezident! Sizdən bir deputatlığa namizəd olaraq, dövlətini, millətini təmənnasız sevən bir gənc olaraq, bir Azərbaycan vətəndaşı olaraq xahişim var: Lütfən, yenə də Aydın Mirzəzadə kimi qaranlıqların ifadəçilərinin şübhəli qələbələri ilə bu seçkilərə olan vətəndaş inamının sarsılmasına imkan verməyin. Çünki bu gün bütün xalq, xalqın böyük əksəriyyəti Sizin siyasətinizə inanrı və güvənir. Əgər yenə də hansısa qaranlıq təmsilçiləri partizanlıq edərək ümumi siyasəti kölgə altında qoymağa çalışacaqsa, bu hər bir dövlətini sevən vətəndaşımız üçün ZƏRBƏ kimi qəbul olunacaq.

Cənab Prezident! Biz Sizə güvənirik və Sizin liderliyiniz altında daha böyük proseslərdə iştiraka hazır olduğumu Ali Baş Komandanımız qarşısında bir əsgər olaraq bəyan edirik!

Tanrı Sizi qorusun! Tanrı dövlətimizi qorusun! Tanrı Türkü qorusun!"

Şərhlər

XƏBƏR LENTİ